Tüpürmək imtiyazı

Avqustun ilk günlərində erməni hərbçilərinin hücumunu dəf edən zaman yaralanan üç əsgərimizin Türkiyəyə göndərilməsi və bunun ardınca qardaş ölkənin bir çox rəsminin, eləcə də xarici işlər naziri Əhməd Davudoğlunun onlara baş çəkməsi cəmiyyətdə böyük məmnunluq hissi ilə qarşılandı. Türkiyəli yetkililər bununla sadəcə olaraq Azərbaycana olan sevgilərini deyil, həm də bütövlükdə əsgərə verdikləri önəmi nümayiş etdirdilər. Lakin təəssüflər olsun ki, nə bu olaydan öncə, nə də bundan sonra müdafiə naziri Zakir Həsənov istisna olmaqla Azərbaycandakı məmurlardan heç biri yaralı hərbçilərimizi və ya onların ailələrini ziyarət etmədi. Halbuki, ən azından Ə.Davudoğlunun yaralı əsgərlərimizə baş çəkməsindən sonra bəzi məmurların “abrına qısılıb” Azərbaycandakı digər yaralı hərbçilərimizi ziyarət edəcəyi, bundan heç deyilsə ölkə başçısına yarınmaq məqsədilə də olsa istifadə edəcəyi gözlənilən idi. Lakin bu baş vermədi. Əksinə, məmurlarımızın davranışından belə məlum oldu ki, yaralı hərbçilərimizin onlarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Türkiyəli məmurların özünə borc bildiyi bir məsələdə Azərbaycan məmurlarının barmaq qımıldatmaması ölkəmizdə əsgərə, orduya yanaşmada ciddi problemlərin olduğunu isbatladı. Baş verənlər göstərdi ki, gecə-gündüz səngərdə düşmənlə üzbəüz dayanan, zaman-zaman erməni snayperlərinin hədəfinə çevrilən hərbçilərimizin önəmi, bir əsgərin vətən və dövlət üçün əhəmiyyəti ilə bağlı Azərbaycanın məmur elitasında hələ də aydın təsəvvür yoxdur.

Əsgər kimdir? Əsgər sadəcə olaraq vətənin müdafiəçisi, onun keşikçisi deyil. Əsgər həm də bizim milli şərəfimizin, qürur və ləyaqətimizin, namus və qeyrətimizin təmsilçisidir. Əsgər o kəsdir ki, öz yaşamı hesabına bizim yaşamımızı təmin edir. Əsgər o kəsdir ki, bütün ümidlər tükənəndə hamının nəzəri istisnasız olaraq ona dikilir. Əsgər o kəsdir ki, həyatını, şərəfini ona etibar edən xalqı bütün varlığı ilə təmənnasız olaraq qoruyur. Əsgər o kəsdir ki, hətta qayğısız, baxımsız qaldığı vaxtda belə heç bir məhrumiyyət, heç bir sarsıntı onu vətənin müdafiəsindən imtina etməyə vadar edə bilmir.

Şübhəsiz, vətəni qorumaq, onu təhdid edən bütün təhlükələrə süngü ilə cavab vermək əsgərin borcudur. Lakin məmurlarımız da daxil hər bir kəsin də əsgər qarşısında öz borcu var. Əsgərin vətənin müdafiəsində təmənnasız dayanmağı bizi ona öz təşəkkür və ehtiramımızı ifadə etmək borcundan azad etmir. Hərbçilərimizin qayğısına qalmaq, onlara daim hörmət və ehtiram göstərmək, yaşamımızı təmin edən insanların yaşamına, problemlərinin həllinə kömək etmək yaşından, vəzifəsindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin müqəddəs borcudur. Hansı ki, Azərbaycanda bu mənada çox az adamın öz borcuna sadiqliq göstərdiyi müşahidə edilir.

Və bir şeyi də unutmaq olmaz ki, hər bir kəs kimi əsgərin də ona olan münasibətə cavab olaraq öz minnətdarlığını ifadə etmək və ya tüpürmək haqqı mövcuddur. O zaman ki, əsgər vətən qarşısındakı xidmətinin qarşılığını adi bir təşəkkürlə belə olsun ala bilmir, o zaman ki, kimlərsə ondan öz siyasi oyunbazlığında alət kimi istifadə edir, o zaman ki, onun qayğısına öz doğma ölkəsinin deyil, tamam başqa ölkənin məmurları qalır, o zaman ki, postda dayanan əsgərin ailəsi acından dilənməyə məcbur olur, o zaman ki, sağlamlığını vətənə qurban verən əsgərin fədakarlığı adi bir maymaqlıq kimi dəyərləndirilir ”“ bax o zaman əsgər avtomatik olaraq tüpürmək imtiyazı əldə edir. Məhz bu nöqtədə əsgər ona xor baxan hər kəsə tüpürmək, bütün qəzəb və nifrətini bu yolla qusmaq haqqına sahibdir və kimsə ona bunu yasaqlaya bilməz.

 

PS.Hərçənd mən hətta bu nöqtədə belə əsgərin onun əmək və fədakarlığını görməzdən gələn məmurlara tüpürməsinin əleyhinəyəm. Çünki mən yaxşı bilirəm ki, vətəni həyatı bahasına qoruyan əsgərin tüpürcəyi belə xalqa zülm edən məmur üçün həddindən ziyadə böyük şərəfdir.

 

Seymur Əliyev

e-mail:seymur_dq04@mail.ru

 

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

End of content

No more pages to load

RADİO