Ağdamdakı erməni qızları...

O gün sosial şəbəkələrdə Göyçə gölünün fotolarını yayınlamışdılar. Fotoların müəllifi kim idi, bilə bilmədim. Yəqin ki, bizimkilər deyildi. Bizi hələ Kəlbəcərə gedəndə girov götürürlər, o ki, qaldı Göyçəyə gedib gölün füsunkar gözəlliyinin fotolarını çəkək. Əslində o gölü Azərbaycan jurnalistləri çəkməli idi, həm də ətrafında azərbaycanlıların yaşadığı şəraitdə...

Bayaq da erməni qızlarının Ağdamda çəkdirib yaydıqları şəkillərə baxdım. Əllərini arxaya uzadıb “arxada Ağdam şəhəri olub, indi yoxdur” qeydini yazmışdı erməni axçisi. Erməni qızlarını Ağdam xarabalıqlarına çəkib gətirən heç də özlərinin iddia etdiyi kimi “Tiqranakert” sevgisi deyil. Onları gətiriblər ki, fotolarını çəkib sosial şəbəkələrdə yaysınlar. Təkcə ona görə yox ki, Azərbaycan oğulları yanıb-yaxılsınlar...axçilərin torpağımızda avaralanmasına görə. Həm də ona görə ki, Qarabağda yerləşdirilmiş ermənilərdə son günlər baş qaldıran xofun, qorxu-hürkünün qarşısını alsınlar. Desinlər ki, “qorxma, Aşotcan, bizim axçilər Azərbaycan əsgərinin burnunun ucunacan irəli gedib sərbəst şəkillər çəkdirir, siz də burda yaşamaqda davam edin”. 

Axı, Dilqəmlə Şahbaz Kəlbəcərdə tutulandan, cəbrayıllı balası Həsən qətlə yetiriləndən sonra ermənilər xofdadır. Özləri də etiraf edirlər ki, türklər ”“ bizdən fərqli olaraq erməni bizə “türk” deyir axı ”“ istədikləri vaxt Qarabağdakı, Ermənistandakı qəbirlərini ziyarətə gedirlər. “Hardan gəlirlər, hələ bilmirik” deyə, heyrətlənirlər. Erməni nazir Ohanyan da məhz bu ajiotajı yatırmaq üçün “Kəlbəcər tərəfdə təmas xətti minalanacaq” vədini vermişdi. İndi ermənilərin qorxuluğunu axçilərini fotoları ilə “götürmək istəyirlər”. 

İndi yetər ki, bir savaş komandası verilsin və özgə torpağında poz verməyin nə demək olduğunu ermənilər birdəfəlik anlayaraq, Andronikin para qulağını bir daha xatırlayaraq da öz qulaqlarında sırğa eləsinlər.

Bəlkə də emosional alındı. Deyəcəksiniz ki, Putin Rusiyasının Ukraynaya təcavüzü, İsrailin Fələstin cocuqlarını qan gölündə boğduğu, İŞİD-in türkmən balalarını diri-diri doğradığı halda dünya sükut edirsə, Azərbaycanın da savaş qərarı verməsi fəlakətlərə gətirər. Müharibə ölüm-itim, qan-qada, göz yaşlarıdır, bəli. Ancaq axı içimizdə məhv oluruq... 

Ağdamın işğalının 21-ci ilini də beləcə qeyd etdik. Şəhidlər Xiyabanında gül qoyanlarımız da oldu, erməni bayrağına od vuranlarımız da. Amma o bayrağı Ağdamın özündə yandırmaq gərəkdir, Bakıda yandırmağın nə mənası? Bu 21 illik işğal bəlkə çox da qorxulu olmazdı, ruhumuzun deqradasiyası prosesi də getməsəydi. Çoxumuz alışdıq, bu vəziyyətə. 

“Laçın” Ticarət Mərkəzindən aldığımız təzə kostyumu geyinim “Şuşa” restoranında qurulmuş toy mağarında “Qarabağ şikəstəsi”nə qulaq asandan, qarabağlı müğənninin “Dərdimin dərmanı Qarabağdadır” misralı muğamatı dinləyib kövrələndən və növbəti badəni də Qarabağın sağlığına qaldırandan sonra qalxın evlərimizə dağılışdıq. Qarabağsa qaldı orda. Gözlədik Qarabağı ATƏT-matət qaytaracaq deyə. İndi də onları söyürük, “söz verib aldatdı bizi” deyə. 

Nə yaxşı ki, Dilqəm, Şahbaz və Həsənin Kəlbəcər gedişi oldu. Özü də növbəti dəfə. Adam sadəlövhcəsinə düşünmək istəyir ki, bəlkə də onlar  özlərini bilərəkdən qurban verdilər ki, cəmiyyət tərpənsin, ayağa qalxsın. Bilsin ki, Qarabağ çox uzaqda deyil, Bakının cəmi 358 km-liyindədir, 5-6 saatlıq yoldur. 

Bu hadisənin bir üstün cəhəti də var - onlar girov götürüləndən sonra biz sanki yuxudan ayıldıq, bir daha Qarabağ yaramız sızladı. Düzdür, bu, hələ yetərli reaksiya da sayıla bilməz, davamı gəlməlidir. Təqdir olunan həm də odur ki, Ramil Səfərov olayında olduğu kimi cəmiyyət iqtidar-müxalifətli eyni mövqedədir Kəlbəcər girovlarına münasibətdə. Cəmiyyəti birləşdirib Dilqəmgil. 

Tarix boyu bizləri çox girov götürdülər, öldürdülər, əsir aldılar, torpaqlarımızı qəsb etdilər. Nəhayət, geri qaytarmağı bacarmalıyıq, əvvəl Dilqəmgili, sonra Kəlbəcəri, Şuşanı, Laçını...Sonrası da var...Yoxsa güləcək bizə erməni qızları...Biz Ağdamın işğal günü içimizdə boğulduğumuz zaman onlar “burda Ağdam şəhəri vardı” yazmaqda davam edəcəklər...

Bu yandan da Ağdamın “Qaraba𔝠klubunun prezidenti komandanın Bakıda oynamasından danışarkən deyib ki, Ağdam böyük komandadır, ağdamlılar istəyirsə, özlərinə başqa klub yaratsınlar. Düzdür, "Qarabağ" klubu böyük klubdur, Quzanlıya sığacaq qədər kiçik deyil...Ona görə də Ağdamı geri almaq lazımdır, elə Qarabağı, "Qarabağ"ı da!!!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO