Ziyalılar müxalifət liderlərini itiham edir

Düz bir əsr öncə ölməz Sabir deyirdi ki, cin görürəm, şeytan görürəm, qorxmuram, harda müsəlman görürəm qorxuram...

Yazıya bu cür girişlə başladığıma görə qınamağa tələsməyin, cənablar. Nə illah elədimsə bu gün kal armud kimi millətin xirtdəyinə keçmiş müxalifət liderlərinin bir-biriylə yola getməməsinə başqa cür don geyindirə bilmədim. Elə ona görə də bu qənaətə gəldim ki, millətin dar günündə firqə maraqlarını ümummilli dərdlərimizdən üstün tutan müxalif liderlər məmləkət insanı üçün müasir dünyanın qada-bəlasından, cin-şeytanından daha təhlükəlidir.

Əslində mətbuatdakı və sosial şəbəkələrdəki iyrənc hərbə-zorbadan mümkün qədər uzaq durmağı bacarmışdım, bu və ya digər mövzularla bağlı münasibət öyrənib sayta yerləşdirsəm də özüm baş verənlərlə bağlı məxsusi bir şey yazmağı düşünmürdüm. Ancaq şənbə günü gecə saatlarında Milli Şuranın üzvü və şəxsiyyətinə təkcə mənim deyil, külli Azərbaycanın iqidarlı-müxalifətli kəsiminin böyük hörmət bəslədiyi ziyalımız, ədliyyə generalı  Vidadi Mirkamalla söhbətləşəndən sonra qərara gəldim ki, ürəyimin sarı siminə toxunmuş bu mövzuyla bağlı nəsə yazmalıyam.

Saytımızın  23.02 radələrəindəki yazını oxumayanların diqqətinə ərz edim ki, Vidadi müəllim siyasi proseslərdən bir köynək aralı dayanaraq baş verənləri izləyən və suların durulmasını gözləyən ziyalı kəsimin müxalifət liderlərindən narazı olduqlarını dilə gətirmişdi. Açıqca deyirdi ki, ziyalılar ona görə prosesə dəstək verərək bu təşəbbüslərin ümumxalq hərəkatına çevrilməsində rol almaq istəmirlər ki, onların müxalifət liderlərinə ünvanladıqları bir çox suallar ya cavabsız qalıb, ya da elə cavab veriblər ki, verməsələr ondan yaxşıdı. Elə ona görə də hamısı çəkilib əli qoynunda hakimiyyətin qəzəbinə gəlmiş azsaylı müxalif gücün necə əzişdirildiyini ürək ağrısıyla seyr etməyə məcbur olublar...

Mən tam əminəm ki, yazını oxuyan müxalifət liderləri Vidadi bəyin bu açıqlamasına dodaq büzüblər və hələ onları qəbul eməyən ziyalıların qabırğasına da bir-iki ağız döşəyiblər. Amma artıq hər şey o qədər aydındır ki, Vidadi Mirkamalın sözlərini qəribçiliyə salamağa cəhd edənlərin arqumentsizlikdən əli boşda, qıçı havada qalacaq...

Müxalifət liderləri bunu bilməlidir ki, nə qədər siyasi proseslərdən kənarda qalsalar da ziyalıların ölkədə baş verənlərdən ürəklərinin başı göynəyir və hamı intizarla dəyişiklik gözləyir. Təbii ki, bu dəyişikliyin baş verəcəyinə münbit zəmin yarandığını hamıdan qabaq hiss edən ziyalılar o zaman bu prosesə öz töhfələrini verəcəklər. Odur ki, onlara “bu vaxtadək hardaydınız” sualı verib prosesdən kənarlaşdırmayın. Unutmayaq ki, istənilən ölkədə baş verən dəyişiklikdə ziyalıların yeri görünüb və onlar da prosesə biganə qalmayıblar, sadəcə biri ilk andan qoşulub, digəri pərdə arxasından dəstək verib.

Milli Şuranı irəlidə hansı tale gözlədiyini bilmirəm. Bildiyim tək bir şey var ki, Azərbaycanda dəyişiklik etmək istəyənlər ilk növbədə ziyalıları qane edəcək ortam yaratdıqdan sonra bu prosesi qələbəyə apara biləcəklərini nəzərə almağa məhkumdurlar.

Yazıya Sabirin satirasıyla başladıqsa Krılovun təmsiliylə yekun vurmaq məntiqli olardı. Lətifəsi hamıdan uzaq, “Şir və tülkü” təmsilində olduğu kimi bir-birinizi didərək al qana qərq edib başqalarına niyə ovu rahatca qamarlamağa fürsət verirsiniz? 20 ilik uğursuz ovçuluq  sizə bəs eləmədimi?

  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

End of content

No more pages to load

RADİO