Xəzərin o tayında...

Tacikistan prezidenti İmoməli Rahmonun öz oğlunu gömrük xidmətinin rəisi təyin etməsi dünən sosial şəbəklərdə və cəmiyyətdə şıdırğı müzakirələrə səbəb olub və hamı təəccüblə tacik prezidentini qınayır ki, acgöz köpəyoğlu, heç hənanın yeriydi, nəyinə lazım idi 25 yaşlı ağzından süd iyi gələn bir uşağı  o boyda məsuliyyətli işi altına soxub əzəsən? Bu hələ harasıdı, 25 yaşlı Rüstəmçik  2012-ci ildən Tacikistanın Futbol Federasiyasına da başçılı edir və hətta bir müddət Düşənbənin “İstiqlal” futbol klubunda top qovmağa da macal tapıbmış. Azərbyacan vətəndaşlarına bu cür şeylər çox qeyri-adi və qəbuledilməz bir əcaiblik kimi görünür. Çünki bizdə belə şeylərə heç də birmənalı baxılmır, əksinə,lətifə qoşanlar, dodaq büzənlər nə qədər desən tapılır. Amma Tacikistan prezidenti oğlunun toyunda mahnı da oxuyur, dizi yerə gəlincə rəqs də edir, sərxoş vəziyyətdə müxtəlif hoqqalardan çıxır, bu azmış kimi qızını xarici işlər nazirinin müavini, oğlunu gömrük xidmətinə rəis qoyacaq qədər düşüncəyə və ya düşüncəsizliyə sahib bir orta əsr təfəkkürlü keçəsaqqal tacikdən irəli gedə bilmədiyini əməliylə ortaya qoymuş olur.

 Neçə müddətdir ki, Özbəkistan prezidenti İslam Kərimovun qızlarının çıxardığı hoqqaları bütün dünya ikrah hissiylə seyr etmirmi, olan-qalan ləyaqət hissini də itirmiş bu gözəlçələr qarşısına çıxan hər gədəyə nəfs salan pozğun rus çariçası İkinci Yekatirinanı kölgədə qoymadılarmı? Yaxud Qazaxıstan prezidentini qzı Dariqanın sürgündəki əri Rahat Əiliyevin bu gen dünyada rahat yaşamağa qoymaması nədən qaynaqlanır? Bütün bunlar Orta Asiya reallıqlarıdır və türk toplumu adlandırılan insan sürüsünün hələ də müasirliklə ayaqlaşa bilmədiyini sübuta yetirir.

Amma biz də türk toplumuyuq və şükrlər ki, bizdə bəzi istisnalarla belə ürəkbulandıran nümunələr demək olar ki, yox dərəcəsindədir. Heydər Əliyev prezident olduğu bütün 10 il ərzində İlham Əliyevi xüsusi statusu olsa belə, ancaq SOKAR-da vitse prezidentlikdən irəli çəkmədi. Onun Olimpiya Komitəsinə rəhbərliyi və AŞPA-dakı nümayəndə heyətinə başçılıq etməsi də Tanrının və atasının deyil, sovetlər dönəmində diplomatiyanın sirlərini praktik cəhətdən öyrənməsinin, idmana yad adam olmamasının mükafatı idi...

 Nazirlərimizi götürək. Cəmiyyət dörd gözlə izləyir ki, görəsən onların dəymədüşər və ərköyün övladları hansı mühüm dövlət postunu zəbt edəcəklər?

 Amma Kəmaləddin Heydərovun oğlu Taleh ictimai fəaliyyətə üstünlük verərək Böyük Britaniyada, Ziya Məmmədovun oğlu Anarsa ABŞ-da beynəlxalq aləmdə lobbiçiliyin Azərbaycan nümunəsini yaxşı-pis sınaqdan keçirirlər. Yaxud Ramil Usubovun oğlu nazirlikdə Təhqiqqat və İstintaq İdarəsində rəis müavini ikən hamı buna heyrətlə və qısqanclıqla baxır, ifrata varıldığını söyləyir.  Bütün bunlar bizim Orta Asiyadakı türk qardaşlarımızdan fərqli olaraq Avropa mentallılığımızdan qaynaqlanır. Biz Xəzərin o biri tayındakı türk etnosundan fərqli olaraq anadan avropalı doğuluruq və dövlət başçılarımızın hansı qütbə inteqrasiya xəttini götürməsinə baxmayaraq bizi kimsə avropalı olmaqdan sapındıra bilməz. Əslində biz bu gün avropalı olmağa deyil, yüz əvvəl avropalıların məhz bizdən oğurlayıb özününküləşdirdiyi dəyələrin arxasınaca həsəd, heyranlıq  və tamarzılıqla boylanırıq. Amma o gün məncə uzaqda deyil və biz bir gün avropalılara bizdən oğurladıqları dəyərləri çərəz kimi yedizdirəcəyik...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

End of content

No more pages to load

RADİO