Guya ki, cənub zonasının insanlarını təhqir etmişəm...


“Sən kimsən, müəllim”x9d? Bir həftə əvvəl xa0Moderator.az saytında yazdığım yazının sərlövhəsidi. Düz bir həftədi yazıya görə xa0məni xa0“cəzalandırırlar”x9d. xa0Cənub bölgəsindən olan insanlar, üstəlik xa0də özlərini ali təhsilli, savadlı hesab edənlər ünvanıma ləyaqətə sığmayan, əxlaqdan kənar sözlər yazırlar. Guya ki, mən cənub zonasının insanlarını və müəllimlərini təhqir etmişəm.

AzTəhsil.com adlı sayt yazını elə həmin gün Moderator. Az-dan götürüb öz panelində yerləşdirib. Qiyamət də bundan sonra başlayıb. Öncə xa0cənub zonasından olanlar yazının şərhlər bölümündə yazdılar... söydülər. Əhəmiyyət vermədim. Sonra Masallı rayonundan bir kənd müəlliminin imzası ilə “məqalə”x9d yerləşdirdilər. Yenə əhəmiyyət xa0vermədim.xa0

Bundan bir şey çıxmadığını, mənim susduğumu görən sayt xa0açıqlamalar alaraq “cənub bölgəsindən olan bir xa0qrup ziyalıların fikrini öyrənib”x9d (dırnağa aldığım sözləri saytdan olduğu kimi götürmüşəm). Cənub regionundan olan təhsil ekspertləri, orta məktəb və universitet müəllimləri xa0kor-korana, yazının əsas məzmununa dəxli olmayan sözlərlə haqqımda xoşagəlməz fikirlər bildiriblər. Buna da sadəcə güldüm. Güldüm ki, ay “alimlər”x9d, ay “ziyalılar”x9d, bu qədərmi şovinistsiniz? Bu qədərmi torpağa bağlısınız? Bu qədərmi təəssübkeşsiniz?xa0

Amma yox, gördülər ki, söylədiklərinin mənim üçün bir qəpiklik dəyəri yoxdu, başqa üsula əl atdılar, başladılar facebookdakı mesaj qutuma yazmağa. Və bu yerdə səbr kasam daşdı....

Mən jurnalistəm. İşim və peşəm yazmaq və yazılarımla dövlətə, dövlətçiliyə xa0xidmət etməkdi. İmza qoyduğum yazılarda təkcə uğurlardan deyil, xa0ölkənin problemlərindən də xa0söz açıram. Bunları yazmağa tam haqqım var. Bu haqqı qazanmaq üçün universitetin jurnalistika fakültəsində müəllimlərindən beş il dərs almışam. Uzun illik xa0jurnalist təcrübəmdə və peşə fəaliyyətimdə aldığım dərslərə əməl edərək, etikadan kənar, əxlaqa sığmayan, xa0jurnalistikaya kölgə sala biləcək heç bir söz və fikir yazmamışam. Oxucunu incidə biləcək, onu təhqir edəcək cümləyə meyl etməmişəm. Amma indi məlum olur ki, özünü ziyalı, alim, müəllim, vəzifə sahibi adlandıran özünübilməzlər heç sözlərinin də yerini bilmirlər. Özünü və sözünü bilməmək təkcə sağalmaz qüsur deyil, həm də çox böyük qəbahətdi.xa0

Əslində yazıda başlığa çıxardığım sualın cavabını verməyə çalışmışam. Bu gün xa0ölkədə kənd müəllimlərinin vəziyyəti qətiyyən ürəkaçan deyil. Onlar müəllimlikdən çox kənd təsərrüfatı ilə məşğul olurlar ki, bu da həm təhsilin keyfiyyətini aşağı salır, həm də diaqnostik qiymətləndirmədə suallara doğru cavab xa0vermələrinə əngəl yaradır. Bu, faktdı, kimsə bunun üstündən xətt çəkib sıfıra endirə bilməz.

Mənim üçün Azərbaycanın xa0bütün regionlarında çalışan müəllimlər müqəddəsdi. Müəllim adı ilə bağlı birini o birindən fərqləndirən əlahiddə fərq görmürəm. Hamısının işi xa0öyrətməkdi, şagirdə bilik verməkdi. Və bu da çox zəhmətli, məsuliyyətli işdi. Sadəcə bu gün Azərbaycanın kənd xa0yerlərində işləyən müəllimlərin öyrətmənliyini ağırlaşdıran, çətinləşdirən onların dərsdən sonra kənd təsərrüfatı işlərində çalışıb pul qazanmalarıdı. Çünki məktəbdən aldıqları maaş az olduğu üçün o buna məcburdu. Yazıda da bu haqda ətraflı yazmışam.

Cənub bölgəsinin insanlarını hiddətləndirən isə başqa sözlərdi. Yazinin ümumi qayəsi, məzmunu qalıb bir kənarda yapışıblar bu fikirdən: “Hələ sovetlər dönəmində cənub bölgəsindən ali xa0təhsil dalınca Bakıya gedənlər çox az olurdu. Bu, Masallı, Lənkəran, Yardımlı, yaxud da Lerikdə xa0işləyən müəllimlərin günahı deyildi. xa0O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil xa0almaq o qədər də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi, xa0fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı”x9d. xa0

Burda nə var ki? Yalandı bəyəm? Hamı bilir ki, o bölgənin kəndlərində qızların xa0ali təhsil almalarından çox, tez ərə getmələri fəxr sayılır. İnsan həddini nə qədər xa0bilməz ki, bir xanımın, bir jurnalistin ünvanına dediyi sözlərin məsuliyyətini anlamayacaq qədər aşağı ensin. İnsan nə qədər əxlaqı dar, xa0abırsız olmalıdır ki, yazsın: “ mən bu arvad deyən qadınların necə və nə cür təhsil almalarını çılpaqlığı ilə deyim, yoxsa qalsın”x9d. Qələtdir edir də... get bozbaşını bişir”x9d?

Özünü kənd müəllimi hesab edən başqa birisi isə mənə belə irad tutur: “Soyadı da atasının adı ilə eynilik təşkil etməsi məlum olur. Akademik düşüncəyə malik qadının öz yaşını gizlətməsi onun şoumen psixologiyasına daha yaxın olduğunu sübut edir. Soyad və ata adının eyniləşməsi isə onun akademik düşüncədə problemi olmasını göstərir. Dünyada heç baba adının soyad kimi göstərilməsi qəbul edilmir”x9d... Bu yerdə rəhmətlik Siyavuş Aslanın məşhur deyimi yerinə düşür: heç xa0dəxli var, mən ölüm?
Adam kəndlərindəki qızların təhsildən kənar qalmalarına xa0belə haqq qazandırır: “Talış qadınları ilk növbədə özlərini "ana”x9d və ya "gələcək ana”x9d hesab edirlər. Onlar dünyaya sağlam insan gətirməyi və onları bir savadlı və tərbiyəli şəxs kimi cəmiyyətə təqdim etməyi qadının ilk işi hesab edirlər. Bizim analarımız ali təhsil alıb yazı müəllifi kimi "bozbaş”x9d təfəkkürünə sahib olmaqdansa və ya 200 manata işləyib və güya ki "ziyalı”x9d adlanmaqdansa öz övladlarına özlərini qurban verməyi daha üstün sayırlar”x9d... Beləsinə nə deyəsən?

Haqqımda söylənilən xa0təhqirlərdən ən yumşaq ifadə hesab etdiklərimi seçib yazdım. Mesaj qutuma yazılanlar isə daha dözülməzdi. Doğrusu, çox fikirləşirəm, çox düşünürəm ki, görəsən bu adamların hiddətlənməsinə, “gül ağızlarını”x9d açmalarına səbəb olan yazınin məzmunu niyə bu qədər anlayıblar? Mən ki, tərtəmiz ana dilində yazmışam ”“ mübtədası, xəbəri xa0və durğu işarələri yerində. Yoxsa, bunlar Azərbaycan dilini başa düşmürlər?

Sıravi adamlar bəlkə də öyrədilmişlərdi, bəlkə də anlamazlardı. Ya da ki, düşüncələri elə cılızdı ki, jurnalistə bu qədər daş atırlar. Onların adını çəkməyə gərək xa0yoxdu. Amma Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev, Lənkəran Dövlət Universitetinin keçmiş rektoru Hacıbaba Əzimovovun adını çox böyük həvəslə yazıram. Hörmətli Əjdər müəllim xa0mənim savadsız, dünyadan xəbərsiz olduğumu iddia edərək məsuliyyətə cəlb olunmağımı xa0tələb edir. Hacıbaba Əzimov isə məni qərəzli fikir söyləməkdə suçlayır. Guya mən yazıda savadsızlığı, təhsilin pis vəziyyətdə olmağını cənub bölgəsinə bağlamışam.

Sadəcə gülməlidi. Ya bu adamlar yazını oxumayıblar, ya həmyerlilərinə gözüyumulu və haqlı-haqsız dəstək olur, ya da ki, saytın əməkdaşının onlara verdiyi sualı başa düşməyiblər. Bütün hallarda qüsurlu fikir bildiriblər.

Mənim damarlarımla tərtəmiz azərbaycanlı qanı axır. Vətənimi, torpağımı və xa0millətimi çox sevirəm. Azərbaycanda yaşayan başqa xalqların və etniklərin nümayəndələrinə də hörmətlə yanaşıram. Birinin də ətəyinə balaca daş dəyməyinə belə razı deyiləm. Həmin bölgədən çoxlu sayda dost-tanışım, xa0qohum olduğumuz ailələr, çox sevdiyim rəfiqələrim, oğlum qədər candan bağlandığım və xa0“qızım”x9d dediyim gənc xanım var. “Sən kimsən, müəllim”x9d? yazısında da heç bir ayrı-seçkilik salmamışam.xa0

Amma görünən o ki, regionda yaşayan bir qrup adamın əlinə xa0fürsət xa0düşüb ki, kimliklərini ortaya qoysunlar. Həmçinin də öz sözləri ilə öz savadsızlıqlarını bildirsinlər. Savad təkcə orta məktəb attestatı və ali məktəb xa0diplomu, ya da alim adı və yüksək vəzifə xa0ilə ölçülmür. Savad ziyalılığın baş tacıdı.
Özünüzü bundan məhrum etməyin...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Azərbaycana Yeni il GƏLDİ

Azərbaycana Yeni il GƏLDİ

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

Alkoqollu içkinin AZI OLMUR

Alkoqollu içkinin AZI OLMUR

Sumqayıtda yanğın olub - VİDEO

Sumqayıtda yanğın olub - VİDEO

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

End of content

No more pages to load

RADİO