Şamaxıda taksi sürücüsünü öldürənlərin hər biri 20 il cəza aldılar - FOTO

Onlar meyiti avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində Zaqatala rayon sakini Mark Süleymanov (1994-cü il təv.) və Ağdam rayon sakini Pərviz Qasımovun (1983-cü il təv.) CM-nin 120.2.1-ci (bir qrup şəxs tərəfindən törədildikdə qəsdən adam öldürmə),120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə),120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

Oxu.Az xəbər verir ki, ötən il dekabrın 15-də Baş Dövlət Yol Polis İdarəsinin YPX əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndi ərazisində Füzuli rayon sakini Ceyhun Qurbanovun (1988-ci il təv.) boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarəti olan meyiti “Azsamand”x9d markalı avtomobilinin yük yerində tapılıb və araşdırmalar aparılması üçün Şamaxı RPŞ-nə məlumat verilib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparıldıqdan sonra, mərhumun meyiti məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya şöbəsinə göndərilib. 

Ekspertizanın rəyinə görə, Ceyhun Qurbanov əvvəl kənar şəxs tərəfindən kəndirlə boğulub, sonra isə onun döş və qarın nahiyələrinə bıçaq zərbələri endirilib, ölümünə kəsici və deşici xəsarətlər fonunda baş vermiş kəskin xarici qanitirmə səbəb olub. Mərhumun şəxsiyyəti araşdırılarkən məlum olub ki, Ceyhun Qurbanov Bakıda Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayıb və taksi fəaliyyəti ilə məşğul olub.

İstintaq-əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mark Süleymanov və Pərviz Qasımov Süleymanovun atasının Zaqatala rayonunun Qandıx kəndindəki evində yaxalanıblar. Məlum olub ki, qətl dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 

Dindirmə zamanı təqsirləndirilən şəxslər Ceyhun Qurbanovun pul müqabilində onları Zaqatalaya apardıqlarını bildiriblər. Yolda sürücü onları təhqir etdiyi üçün aralarında mübahisə başlayıb, buna görə onlar həmin şəxsi qətlə yetiriblər. Ceyhun Qurbanovu bıçaqlayandan sonra təqsirləndirilən şəxslər mərhumun şalvarının cibindən 3 manat pul götürüblər və meyiti avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri cəzalarını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

İllər sonra bir araya gəldilər - FOTOLAR

İllər sonra bir araya gəldilər - FOTOLAR

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Vadji “Turan Tovuz”da qaldı

Vadji “Turan Tovuz”da qaldı

Kadır İnanırın videosu viral oldu - VİDEO

Kadır İnanırın videosu viral oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO