Paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb.
Moderator.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən saxlanılmış dilənçilər barəsində müvafiq tədbir görülüb.
Bakı polisi son bir ay ərzində şəhərin müxtəlif ərazilərində dilənçilik, avaraçılıqla məşğul olanlarla bağlı reydlər keçirir.