Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova iyulun 31-də evdən xəbərsiz getmiş və bir daha geri qayıtmamışdır.
Bu barədə Moderator.az -a DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Şəlalə Rüstəmovanın xarakterik əlamətləri belədir:
Boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub.
Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.