Müasir həyatda nə “cilddə”x9d desən dələduzlarla rastlaşmaq olur. Kimisinin mənzil almaq üçün verdiyi pulları “İş adamı”x9d mənimsəyir, kimisinin işə düzəlmək üçün verdiyi pulları müxtəlif titullu “peşə sahibləri”x9d... Düzü, həkim qiyafəsində dələduzun məcaraları ilə sanatoriyada tanış oldum...
Sankt-Peterburqda tibbi təhsil aldığını söyləyən Orxan adlı bir “həkim”x9d 3 ildir ki, yay mövsümündə “Bilgəh”x9d, “Abşeron”x9d “Qaranquş”x9d və “Günəşli”x9d sanatoriyalarında meydan sulayır. Özünü peşəkar həkim-androloq kimi qələmə verən bu adam 18 günlük istirahətə və müalicəyə gələn yaşlı kişilərin şirin dillə qılığına girir, ayaqüstü söhbət əsnasında güya “bildiyi diaqnozu”x9d qoyur, sonra “keyfiyyətli dərman peraparatları”x9d almaq adı ilə onların pullarını alıb, bir müddət “qeybə çəkilir”x9d.
Bu yazını onun “Bilgəh”x9d Kardioloji sanatoriyasında olduğum son günlərdə Qarabağ müharibəsi əlilini də aldadaraq pulunu mənimsəməsi faktını eşidəndən sonra yazmaq qərarına gəldim. Deyilənə görə, Orxan “həkim”x9d “ovunun”x9d etibarını qazanmaq üçün bəzən “Azərbaycanın dərman bazarından”x9d müxtəlif adlı “məcunlar”x9d da gətirir. Lakin Mərkəzi Nəzarət Laboratoriyasından yoxlamadan keçməyən belə dərmanların sağlamlığa zərərli olduğu şübhə doğurmur. Ona görə sanatoriyanın həkimləri “xəstələrə”x9d həmin dərmanları qəbul etməyi məsləhət görmürlər. Orxansa sanatoriya güya “Ankara”x9d Tibb Mərkəzində işlədiyini, orada müalicənin baha başa gəldiyini nəzərə alıb sanatoriyalarda “səyyari xidmət”x9d göstərdiyini söyləyərək istirahətə təzə gələnləri aldatmaqda davam edir.
Maraqlananlar “Ankara”x9d Tibb Mərkəzində Orxan adında həkimin çalışmadığı bildirir. Peşəkar dələduz pulun tələb edənləri hədələməkdən, təhqir etməkdən də çəkinmir, onların telefon zənglərinə cavab vermir. Orxanın dələduzluq əməlləri təkcə “dərman alveri”x9d ilə bitmir. O, sanatoriyaya “putyovkasız”x9d gələnlərdən pul alıb, onlara ucuz qiymətə “putyovka”x9d alacağını bildirir.
Nəticədə ona dərman və ya “putyovka”x9d üçün pul verən adamlar bezib-usanırlar, pullarını geri almadan evlərinə dönürlər. Orxanın dələduzluğu barədə Azərbaycan Respublikası Daxili İşlər və Səhiyyə Nazirliklərinə də müraciət edilib.
Haqq nazilər, üzülməz deyiblər. Yuxarıda adını qeyd etdiyim sanatoriyalarda çalışan həkimlərin dəfələrlə xəbərdarlığına baxmayaraq, Orxan dələduzluq əməllərini hələ də davam edir.
Bir qələm sahibi, vətəndaş olaraq ümidvaram ki, gec ”“ tez bu dələduz “həkim”x9d layiq olduğu cəzanı alacaq!
AzərNUR
“Bilgəh”x9d kardioloji sanatoriyası
24.07.2015-ci il.