Rusiyada azərbaycanlı tutulub. ANS PRESS-in məlumatına görə, onlar Kalininqrad vilayətində saxlanılıblar. "Baqrationovsk-Bezledi" keçid məntəqəsində saxlanılan şəxs vilayətə qanunsuz yolla külli miqdarda donuz əti keçirmək istəyib.
Azərbaycan vətəndaşı sərhəddi "Pegout" markalı maşında keçmək istəyib. O, sərnişin bəyannaməsini doldurmayıb. Maşınına baxış zamanı 32 politelen paketdə 600 kq donuz əti aşkarlanıb. O, əti Polşadan topdan satış bazarından aldığını deyib.
Əməlini etiraf edən adıaçıqlanmayan şəxs qadağa və məhdudiyyətlərdən xəbərdar olduğu üçün sənədləşmə aparmadığını deyib.
Qeyd edək ki, bir gündə anoloji hadisəyə görə 9 nəfər saxlanılıb. Onlar ümumi çəkisi 1 ton olan əti Polşa və Litvadan Rusiyaya keçirmək istəyiblər.

