Laçın rayon sakinində silah-sursat aşkarlanıb. Moderator.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Yusif Hümbətovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron və 1 patron darağı götürülüb.