Bakı şəhərində Şirvan sakinindən xeyli miqdar saxta əskinas aşkarlanaraq götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən
APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərə mübarizə bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan rayon sakini Rahil Cabbarlıdan 95 ədəd saxta 10 manatlıq əskinas götürülüb.