Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Seyfəddinov tutulub.
Ötən gün Sumqayıt şəhəri ərazisində, Novxanı bağlarında baş verən cinayətlə bağlı Sumqayıt Şəhər Prokurorluğu açıqlama yayıb. Şəhər Prokurorluğundan Moderator.az-a verilən məlumata görə, Rəşad Oqtay oğlu Seyfəddinov qardaşı Tamerlanı çıxsaylı bıçaq zərbələri ilə bıçaqlayıb. Tamerlanın meyiti hüquq-mühafizə orqanları tərəfindən tapılıb. Meyit tibbi ekspertizadan keçirilib.
35 yaşlı Rəşad Seyfəddinovun qardaşı 37 yaşlı Tamerlanı öldürməsinə qardaşlar arasında yaranan mübahisə səbəb olub. İlkin məlumata görə, Rəşad qardaşının anasını döydüyü üçün öldürüb.
Faktla bağlı araşdırma aparılır.