Sabirabadda evdən 5700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu haqdaxa0Moderator.az-a Daxili İşlər Nazirliyindən bildirilib.xa0
Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Həsənalı kəndindəki evlərin birindən 5700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vasif Quliyev saxlanılıb.