Kişi qeyri-rəsmi münasibətdə yaşadığı qadını elə onun öz qardaşına qısqanıb. Bıçağa əl ataraq sadəcə onları qorxutmaq istəyib, amma qatilə çevrilib. Cinayət hadisəsi paytaxtın Binəqədi qəsəbəsində baş verib.
xa0
Qəsəbədə yaşayan Əfsanə Məmmədova və onun qardaşı Anar Gədəbəy rayon sakini Fidani İsmayılov tərəfindən bıçaqlanıb. Nəticədə Anar aldığı xəsarətlərdən xa0hadisə yerində dünyasını dəyişib, Əfsanə xa0Məmmədova isə xəstəxanaya yerləşdirilib.xa0
xa0
Fidani İsmayılov cinayəti törətdikdən sonra hadisə yerini tərk edib. Lakin Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verililib.xa0
xa0
Saxlanılan şəxs dindirilərkən hələ də hadisənin şokunda olduğunu bildirib. Onun sözlərinə görə, Əfsanə Məmmədova ilə bir müddət əvvəl tanış olub. Daha sonra qadın ona birgə yaşamağı təklif edib. Ailəli olmasına baxmayaraq, Fidani bu təklifi qəbul edib. Hadisə baş verən gün isə Əfsanə Fidaniyə xəbər etmədən qardaşı Anarla dənizə gedib. Bundan əsəbləşən kişi əlini bıçağa atıb.
xa0
Fidani İsmayılov - saxlanılan şəxs: "4 aydır ki, ailə kimi yaşayırdıq. Mənə deməmiş dənizə gediblər. Qardaşını vurmayacaqdım, amma elə alındı. Əfsanənin sol qolundan vurdum".
xa0
Artıq faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Fidani İsmayılov barəsində cinayət işi başlanıb, araşdırma aparılır. (Region TV)