Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunan Məmmədov Xəqani Fəqan oğlunun xalası Qəmər Gülməmmədova Moderator.az-a müraciət edərək üzləşdikləri problemin işıqlandırılması və hüquq-mühafizə orqanları rəhbərlərinin diqqətinə çatdırılması üçün yardım etməyimizi xahiş edib. Şikayətçinin xahişini yerinə yetiririk, eyni zamanda qarşı tərəfin də mövqeyini olduğu kimi işıqlandırmağa hazır olduğumuzu bildiririk:
"Hörmətli redaksiya!
Nəzərinizə çatdırım ki, bacım oğlu Məmmədov Xəqani Fəqan oğlu 05.05.2016-cı il tarixdə yaxın qohumlarını Respubilka Mərkəzi Xəstəxanasına aparan zaman Yasamal rayonu ərazisində idarə etdiyi 10 UA 825 dövlət nömrə nişanlı avtomobili DYP əməkdaşları tərəfindən saxlanılmış və həmin an Xəqani sənədləri təqdim etmək istəyərkən avtomobildə olan şahidlərin gözü qarşısında onun üzərinə çoxlu sayda mülki formalı şəxslər hücüm çəkərək ona fiziki ağrılar və işgəncə verilməklə çoxsaylı zərbələr vurulmuş və həmin ərazidəki hücum çəkmiş mülki formalı şəxslərə məxsus avtomobilə mindirilərək 41-ci polis bölməsinə aparılmışdır.
xa0
Xəqanidən səs çıxmayınca bir müddət bütün qohum - əqraba onu Yasamal rayon ərazisində axtarsaq da, tapa bilmədik. Sonradan bildirdilər ki, Xəqani 41-ci Polis bölməsindədir. Mən də dərhal həmin bölməyə getdim. Bölmənin foyesində al-qan içində, işgəncələrə məruz qaldığı aşkar şəkildə olan Xaqanini görüb nə olduğunu soruşdum. Söylədi ki ona işgəncə verərək "Bulaq" restoranında atışmada iştirak edən şəxslərlə münasibətdə olmaqda günahlandırılaraq güya üzərimdən narkotikin çıxmasını etiraf etməyimi istəyirlər. Mən də verilən işgəncəyə və şər - böhtana görə üzərimdə olan ülgüclə hər iki ayaq qol və boğaz damarımı kəsmişəm ki, məndən əl çəksinlər. Lakin onlar əl çəkmirlər, guya yuxarıdan sifariş gəlib, sən narkotiklə getməlisən. Mən dərhal 41-ci Polis bölməsində Xəqanin al-qan içərsindəki fotosunu çəkib öz etirazımı bildirdim. Sonradan isə bizi məcburi şəkildə bölmədən çıxartdılar və guya onun cibindən 100 qr narkotik çıxmışdır.xa0
Bununla bağlı biz müdafiəçi kimi vəkil Ceyhun Yusifovla xa0müqavilə bağladıq. Sonradan vəkil bizə bildirdi ki, onun tutulma yeri kimi xa0Yasamal Rayon Mətbuat pr-ti deyil, Səbail rayon S.Məmmədov küç ev 11-in qarşısı nəzərdə tutulub. Məmmədov Xəqani Fəqan oğlunun AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Həbibli Həbib Arif oğlunun icraatındadır. Əlbəttə ki, biz bu qondarma və şər ittihamı qəbul etməyərək Xəqanin tutulduğu yerin fotosunu və orada olan müşahidə kamerasının görüntülərinin çıxarılmasını tələb etdik. Bundan əlavə sübutların saxtalaşdırılmaması üçün vəkilimiz tərəfindən çoxsaylı vəsatət və ərizələr verilərək TŞ 2-105 nömrəli təhlükəsiz şəhər kamerasının görüntülərinin qorunmasını istədik.xa0
Həmin ərizələrlə Xəqaninin tutulduğu gündən tərəfimizdən cənab nazir Ramil Usubova, baş prokuror zakir Qaralova, "Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinə müraciət etmişik ki, əgər həmin kamera görüntüləri Hüquq-Mühafizə orqanları tərəfindən məhv edilməsə, Xəqaninin hansı şəraitdə, hansı geyimdə olması və saxlanma ərazisinin dəqiq yeri xa0öz təsdiqini tapar.xa0
Lakin sübutları saxtalaşdırmaq üçün xa0mütəmadi istifadə edilən üsuldan yenidən istifadə edilməklə, bizə cavab verildi ki, həmin kamera görüntüləri bazadan silinmişdir.xa0
Bir daha qeyd edim ki, ibtidai istintaqın obyektiv, tam və hərtərəfli aparılması xa0üçün Təhlükəsiz şəhər kameraları vasitəsi ilə Volqa markalı 10 UA 825 dövlət qeydiyyat nişanlı avtomobilin 05.05.2016-cı il tarixdə saat 11:30-dan 15:30-a kimi Bakı şəhərində hansı istiqamətlərdə hərəkət etməsinin və hansı yerlərdə dayanmasının xa0müəyyən olunması (TŞ 2-105 nömrəli təhlükəsiz şəhər kamerasının çəkiliş hüdudları xüsusilə diqqətlə araşdırılmaqla ) və NTS (nömrə tanıma sistemi) operatorundan həmin təhlükəsiz şəhər kameralarında (nömrəsi göstərilməklə) əks olunmuş avtomobilin məhz Volqa markalı 10 UA 825 dövlət qeydiyyat nişanlı avtomobil olmasının müəyyən olunması olduqca zəruridir. Bu, Xəqaninin tamamilə təqsirsiz olmasının birbaşa sübutudur.
Növbətçi Hissədən İdarəetmə Xidmətinin rəisi Fuad Bəxtiyarov kamera görüntülərinin çıxarılmasından imtina olunmasının əsası kimi qeyd edir ki, guya həmin görüntülər bazadan 1 ay sonra silinmişdir.
Qeyd edim ki, müşahidə kameralarının qoyulmasında məqsəd məhz baş vermiş cinayət hadisələrinin araşdırılması zamanı sübutedici faktların əldə olunmasına köməklik göstərməsidir. Belə kamera görüntülərindən istifadə etməklə şəxsin baş vermiş cinayətdə təqsirli olub-olmamasını və digər iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq mümkün olur.xa0
Lakin Növbətçi Hissədən İdarəetmə Xidmətinin rəisi Fuad Bəxtiyarov əsassız olaraq həmin görüntülərin bizə təqdim olunmasından imtina etmiş və cinayət mühakimə icraatının ədalətli şəkildə aparılmasına saxtakarlıqla maneələr törətməkdədir.
Dövlətimiz tərəfindən çoxlu vəsait xərclənilməklə quraşdırılmış təhlükəsiz şəhər kameraları məhz şəhər sakinlərinin hüquq və azadlıqlarının təmin edilməsi, pozulmuş hüquqların bərpası məqsədi güdür. Əgər bu qədər xərc çəkilmiş müşahidə kameralarının görüntüləri saxtalaşdırılarsa və lazım olan hallarda istifadə olunmursa, bu qədər xərc çəkməyə dəyməzdi. Belə hallara xərclənəcək vəsaitlər başqa məqsədlərə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilərdi.xa0
Digər tərəfdən bu kameralar son dövr texnologiyalarıdır, onlardan görüntülər bu qədər tez zamanda silinə bilməz. Ya da ki, işdə başqa niyyət və məqsədlər varsa, qəsdən silinə bilər. Belə ki, təqsirləndirilən şəxsin cinayət törətməklə heç bir aidiyyatının olmaması həmin görüntülərlə sübut olunduğu üçün bu görüntülərin silinməsi müəyyən məqsədlə edilmiş bir addım ola bilər".xa0
Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov bildirir ki, 10 illik vəkillik təcrübəmdə bir dəfə də olsun təhlükəsizlik kameralarının görüntülərini əldə etmək mümkün olmayıb. Hətta xa0çəkiliş aparıldığı gündə belə həmin görüntüləri təqdim etməyə texniki imkanlarının olmadığını bildiriblər. Vəkil Ceyhun Yusifov da belə bir suala cava istəyir ki, quraşdırılmış bu qədər texniki vasitələr, kameraların funksiyası və məqsədi nədən ibarətdir?!
Movzunu davam etdirəcəyik və təhlükəsizlik kameralarının qanunla nəzərdə tutulan məqsədlər üçün istifadə edilib-edilməməsi barədə ölkənin tanınmış hüquqşünaslarının mövqeyini öyrənməyə çalışacağıq.