“Prokurorluq işçiləri həmişə Zakir Nəsirovun işindən razılıq ediblər”x9d

Xəbər verildiyi kimi həbsdə olan general Zakir Nəsirovun həyat yoldaşı onun əfv edilməsi üçün prezident İlham Əliyevə müraciət edib.xa0

Müraciətində o, Z.Nəsirovun günahsız olduğunu bildirib və işə yenidən baxılmasını xahiş edib.

Xatırladaq ki, bir müddət öncə Hacı Məmmədov "yeni açılmış hal" üzrə Ali Məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq. Bu rəyin müsbət olacağı deyilir və beləliklə də ömürlük həbs cəzası alan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, "Hacı Məmmədov işi"nə görə ömürlük həbsdə yatan general-mayor Zakir Nəsirovun azadlığa yolunun açılması ehtimalının yüksək olduğu bildirilir.

Qeyd edək ki, bu xəbər yayılanda Moderator.az mövzunun aktuallığını nəzərə alaraq tanınmış hüquqşünaslar Aslan İsmayılov və Qurban Məmmədovun fikirlərini öyrənmişdi. Hər iki müsahibimiz ömürlük həbsdə olan generalı müsbət xarakterizə edərək onun haqsız olaraq ömürlük zindanda yatdığını bildirmişdilər. Dünənsə millət vəkili Çingiz Qənizadə Zakir Nəsirov haqqında təxminən eyni fikirləri səsləndirib.

Moderator.az keçmiş baş prokuror İxtiyar Şirinin də fikirlərini öyrənib.xa0

Maraqlıdır ki, keçmiş baş prokuror İxtiyar Şirin də generalı müsbət xarakterizə edib:

"Mənim Zakir Nəsirovla şəxsi münasibətim olmayıb. Ancaq onu xidməti işi ilə bağlı tanımışam və münasibətimiz normal olub. Onun barəsində prokurorluq işçilərinin münasibətləri normal olub və həmişə onun işindən razılıq ediblər.
Zakir Nəsirovun cəzadan azad edilməsi Ali Məhkəmədə qəbul ediləcək qərardan asılı olacaq. Ali Məhkəmə hesab etsə ki, Zakir Nəsirovun ona verilən ittihamlarda heç bir sübut yoxdur, onu azad etməlidir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

End of content

No more pages to load

RADİO