Dünən saytımızda “Cəlilabad sakini Ramil Usubovdan kömək istəyir”x9d sərlövhəli məqalədə rayon sakini Hidayət Ağayevin şikayətini ictimaiyyiləşdirmişdik. (moderator.az/news/124000.html ).
xa0Xatırladaq ki, məlum müraciətdə H.Ağayev 12 oktyabr 2013-cü il tarixində tövləsindən 20 baş qoyunun oğurlandığını, bunun nəticəsində ona 3960 manat məblğində ziyan dəydiyini qeyd etmiş, Cəlilabad Rayon Polis Şöbəsini ona dəyən bu ziyanın ödənilməsi məsələsinə laqeyd yanaşmaqda ittiham etmişdi.
Moderator.az məsələyə aydınlıq gətirmək üçün DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansuzadə ilə əlaqə saxlayıb. O. Mansurzadə vətəndaşa dəyən maddi ziyanın bir hissəsinin ödənildiyini, qalan hissəsinin də ödənilməsi istiqamətində lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
Bu açıqlamadan sonra şikayətçi Hidayət Ağayev təkrar saytla əlaqə saxlayaraq bildirib ki, ona heç bir manat belə ödənilməyib. Şikayətçi bildirib ki, Cəlilabad rayon polis şöbəsindən nazirliyə yanlış məlumat verilib: "Mənə nəinki 1200, heç bir manat da ödənilməyib".
Məsələylə bağlı əməkdaşımız Cəlilabad rayon polis şöbəsi əlaqə saxlayıb. Polis şöbəsindən bildirilib ki, zərərçəkmişlə oğurluq edən şəxslərin yaxınları burada anlaşdılar ki, ilkin olaraq 1200 manat ödəniləcək. İndi araşdırma apararıq, əgər ödənilməyibsə, problemin həll olunması istiqamətində səy göstərərik.
Mövzunu diqqətdə saxlayacağıq.