Bakıda çox təhlükəli ətləri insanlara yedizdirmək istəyiblər

Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən, Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən reydlər davam etdirilir.

Qurumun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti daxil olan məlumat əsasında yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən "Zirvə" kolbasa məmulatları sexində reyd keçirib. Reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və  yararlığı şübhə doğuran, haradan alınması və  sağlamlığı barədə baytarlıq arayışı olmayan  675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş , 450 kq  toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkar olunub.

Baytarlıq qanunvericiliyinə uyğun olaraq bu məhsullardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. Müayinə zamanı 1100 (min yüz) kq-dan atrıq xammalın bakterioloji çirklənməyə məruz qalması, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisinin olması müəyyən edilib.

Həmçinin yanvarın 15-də Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, S.Vurğun küçəsində Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi  "Daevo sentral" 10 PV 475 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan, Bakı şəhərinə satış üçün gətirilən, sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkar edilmişdi. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəklərinin olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilmişdi.

Bu cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəkləri olması müəyyən edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən həm 1100 (min yüz) kq-dan atrıq xammalın, həm də 4 baş iribuynuzlu heyvan cəmdəklərinin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.

Bu qərara uyğun olaraq yanvarın 15-də həm "Zirvə" kolbasa məmulatları sexindən götürülən 1100 (min yüz) kq-dan atrıq xammal, həm də Bakı şəhəri S.Vurğun küçəsində Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi  "Daevo sentral" 10 PV 475 dövlət nömrə nişanlı avtomobildə aşkarlanan 4 baş heyvan cəmdəkləri Balaxanı Məişət Tullantıları Poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

Yollar qar və buzdan təmizlənir - VİDEO

Yollar qar və buzdan təmizlənir - VİDEO

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Su arxında kişi meyiti tapıldı

Su arxında kişi meyiti tapıldı

Rusiya gerbini dəyişdi

Rusiya gerbini dəyişdi

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Altay Göyüşovun məhkəməsi başladı

Altay Göyüşovun məhkəməsi başladı

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

End of content

No more pages to load

RADİO