Neft bazarında QİYMƏT OYUNU – “Böyük oyunçular tərəfindən idarə olunur”

“OPEC+” ölkələrinin noyabr ayından etibarən neft hasilatını azaltmaq qərarı dünya miqyasında rezonans doğurub. Xüsusən də, ABŞ radikal mövqe sərgiləyərək, qərarın əlehinə çıxıb. Bu səbəbdən Səudiyyə Ərəbistanı ilə Ağ Ev arasında münasibətlərdə də soyuqlaşma hiss olunur. 

Vəziyyəti bu həddə gətirən ən başlıca faktor isə hasilatın azaldılmasının Rusiyanın lehinə addım olması ilə bağlıdır.

Bəs, bu vəziyyət neft qiymətlərinə necə təsir göstərəcək?

Sualı Bizim.Media üçün cavablandıran Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban oktyabrın əvvəlində hasilatın gündəlik 400 min barel azaldılması qərarının elan edilməsi bazarlara emosional təsir edib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya nefti üçün Avropa qapısı BAĞLANIR – “Məqsəd qiymətləri aşağı salmaqdır”


“Neftin qiyməti qərardan sonrakı həftədə 93 dollardan, 98 dollara çatdı. Ancaq bu zaman ABŞ-la Səudiyyə arasında fikir ayrılığı yarandı.

Digər tərəfdən Səudiyyə Ərəbistanın əsas dəstəkçisi Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ rəhbəri isə Rusiya enerji həftəsi çərçivəsində Moskvaya səfər edib, Putinlə görüşdü. Bazar üçün bu tip informasiyalar iqtisadiyyatı neftdən asılı olan körfəz ölkələrinin Rusiya ilə danışıqlar aparması yönündə təzyiqlər yaratdı. Bu danışıqların əsas məqsədinin dünya bazarında neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq olduğu qeyd olundu.

Ancaq sonrakı həftdədə biz neft qiymətlərinin 91-92 dollara qədər ucuzlaşmasına şahidlik etdik. Bu ucuzlaşmanın əsas ilhamverici qüvvəsi Çinin iqtisadi artım tempinin aşağı düşməsi və qarşıdan gələn iqtisadi böhranla bağlı informasiyalar idi”.

İlham Şaban son dönəmlərdə neft hasilatının azalmasına da diqqət çəkib:

“Avqust ayında “OPEC+” ölkələri kvotadan 3,54 milyon barel daha az nefti bazara çıxarıblar. Bu isə Rusiyanın müharibədən əvvəl Avropaya satdığı gündəlik neft həcmlərinə bərabərdir. Bu, həm də o deməkdir ki, neftin qiymətinin yuxarı olması, heç də Rusiya-Ukrayna müharibəsindən qaynaqlanmır. Yəni dünyanın əsas neft ixracatçıları hasilat həcmlərini əvvəlki illərlə müqayisədə azaldıblar. Bunun nəticəsində neft qiymətləri indiki qədər yüksəkdir.

Əgər təşkilat çərçivəsində neft ixracı ilə bağlı kvotalara əməl olunsa idi, hesab edirəm ki, neftin qiyməti hal-hazırda 70 dollardan aşağı olardı. Ona görə də, hasilatın gündəlik 400 min barel azaldılması ilə bağlı qərar qəbul edildikdən sonra yayımlanan analitik yazılarda qeyd olunur ki, heç kim bu qədər azalmanı gözləmirdi”.

İlham Şaban əlavə edib ki, neftin hazırki qiymətlə bazara çıxarılması heç də real tələb-təklifə əsaslanmır. Bu da bazarın bir sıra manipulyasiyalar vasitəsilə böyük oyunçular tərəfindən idarə olunduğunun göstəricisidir. 
Ekspert neft qiymətləri ilə bağlı dəqiq proqnoz verməyin çətin olduğunu da qeyd edib. Ekspertin sözlərinə görə növbəti informasiyadan asılı olaraq qiymətlər bahalaşa, yaxud ucuzlaşa bilər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

End of content

No more pages to load

RADİO