6 ayda əldə edilən böyük uğur: SABAH.lab məzunu Perkskit 90000 avro investisiya cəlb edib

SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən Kapital Bank-ın baş sponsorluğu ilə təşkil olunan tədbirdə fintech startap olan Perkskit “Startup Wise Guys” akselerasiya proqramı qəbul edilərək, 90000 Avro dəyərində investisiya əldə edib.  

Bizim.Media xəbər verir ki, tədbirdə 24 yerli startap dünyanın bir neçə regionundan dəvət alan investorlara təqdim olunub.  

Perkskit şirkətlərin əməkdaşları üçün loyallıq proqramını anında yarada bildikləri bir platformadır. 

Qurucu komandanın üzvləri Fuad Muradov, Fərid Ağamalıoğlu və Faiq Rüstəmovun bir neçə dəfə startap layihələrlə bağlı təcrübələri olub. Fuad Muradov 500 Global-ın “Startup Ignition Program”dan məzun olduqdan sonra öz karyerasını sahibkarlıq yönündə inkişaf etdirib.
Qurucu komandanın digər üzvü olan Fərid Ağamalıoğlu SABAH.lab-ın həqiqətən də bu ekosistemdə mövcud problemlərə həll təklif etməsini vurğulayaraq, IE Biznes Məktəbi tərəfindən tədris, ideya və komanda formalaşmasında dəstək, MVP üçün toxum investisiya ilə təmin edilməsinin diqqətini çəkdiyini və müraciət etməsinə təkan verən amillərdən olduğunu bildirib.

Digər komanda üzvü olan Faiq Rüstəmovun sözlərinə görə, bu ideyaya gələnə qədər onlar 7 başqa ideyanı sınaqdan keçiriblər. Komanda üzvləri aldıqları mentor dəstəyi sayəsində etdikləri araşdırmalarla bu ideyaların uzunmüddətli olacağı qənaətinə gəliblər.

“Biz bu ideyanın uğurlu olacağına inanırıq, çünki ideyanın ünvanı birbaşa olaraq mövcud problemin həlli yoludur. Perkskit platforması aktual bir məsələnin həlli üzərində qurulub. Belə ki, işçiləri sığorta, idman zalları, taksi xidməti kimi üstünlüklərlə təmin etməsini hər kəs istəyər. Lakin burada ortaya bir problem çıxır: heç də təmin olunan üstünlüklər hər zaman işçilərin maraq dairəsində olub, onların ehtiyacını qarşılamır.

Beləcə, iş yerləri loyallıq proqramlarına lazımsız pullar xərcləyir və çox zaman isə sonda onu dayandırırlar.

Perkskit platformasında isə həm işçilərin istəklərinə uyğun seçim üstünlüyü çoxdur, həm də şirkətlər loyallıq proqramlarına ayırdıqları büdcəyə nəzarət edərək, onun nə dərəcədə istifadə olunduğunu yoxlaya biləcəklər”.
Komanda üzvləri bildirirlər ki, bu ideyanın formalaşıb startap kimi fəaliyyətə başlaması yolunda SABAH.lab-ın rolu böyükdür.

“Komanda olaraq formalaşmamızda, ideyanın inkişaf edib işlək prototipə çevrilməsində, mentorlar və ekspertlərlə, invetsorlarla əlaqə yaradılmasında SABAH.lab-in dəstəyi əvəzsizdir. SABAH.lab-da biz ən nüfuzlu universitetlərin professorlarından və sahə ekspertlərindən dərslər alırdıq.

Onlar ideyamızı ilkin investisiya ilə təmin etməklə yanaşı, həm də bizimlə investorlar arasında şəbəkənin qurulmasında yardımçı oldular və beləcə, “Baku Investment Day” tədbirindən sonra biz investisiya almağa müvəffəq olduq", - deyə komanda üzvləri bildiriblər.
Görünür ki, əzm, motivasiya və doğru yerdə doğru insanlarla bir araya gələ bilmək şansı müvəffəqiyyət qazanma ehtimalını qat-qat artırır.

SABAH.lab-da qurulan komandalar bu ehtimalı gerçəyə çevirmək uğrunda inamla addımlayır və artıq Perkskit üçün SABAH.lab bu uğuru qazanmaq üçün doğru ünvan oldu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

End of content

No more pages to load

RADİO