Elektromobillərin ölkəyə gətirilməsinin qarşısını alan ÜÇ SƏBƏB

Azərbaycanda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.

Məlumata görə bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.

Xatırladaq ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - bu il yanvarın 1-dən 3 il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib. 

Son illər Azərbaycanda da ekoloji cəhətdən təmiz hibrid avtomobillərə müəyyən dərəcədə maraq artıb. Söz yox ki, həmin maşınların idxal və satışı üzrə ƏDV-dən azad olunma bu tendensiyaya öz təsirini göstərib.
Amma hibrid və elektron avtomobillərinin ölkədə geniş yayılması üçün təkcə bu addım kifayət etmir. Burada başqa digər problemlərin həlli də vacibdir. Hibrid və elektron maşınlar üçün doldurma məntəqələri Azərbaycanda çox azdır.

Ehtiyat hissələrdə də çatışmamazlıq var. Bundan əlavə, həmin növ avtomobillərə xidmət edən təcrübəli mütəxəssislər, xüsusi kadrlar da yox səviyyəsindədir.

Elektron sistemli maşınlar mürəkkəbləşdikcə, ustalar tapılmır. Yəni sadalanan bu kimi problemlər də hibrid maşınlarına marağın yüksək olmasına əngəl yaradır. 

Bu isə tək ƏDV-dən azad olunma müddətinin uzadılması ilə həmin sahədə köklü irəliləyişlərə nail olmağın mümkün olmadığını göstərir. Deməli, hibrid maşınlara marağı stimullaşdırmaq üçün başqa digər addımlar da atılmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

2022-ci ildə ölkəmizə nə qədər elektromobil gətirilib? – Bu növ maşınlara tətbiq olunan GÜZƏŞTLƏR


Bizim.Media-ya açıqlamasında avtomobil üzrə ekspert Ramil Osmanov bildirir ki, hibrid avtomobillərə ölkə daxilində texniki dəstək imkanları məhduddur: 

“Hibrid avtomobillərin idxal və satışı üzrə ƏDV-nin azad olunma müddətinin daha 1 ilə uzadılması normal yanaşmadır. Xeyli illər əvvəldən Rusiyadan ölkəmizə idxal olunan nəqliyyat vasitələrində müəyyən dəyişikliklər baş verdi.
Yəni karbürator sistemindən ijektora keçid zamanı Azərbaycanda bu sahə üzrə texniki dəstək imkanları məhdud idi. Faktiki olaraq usta problemi var idi. Lakin zamanla bu problem aradan götürüldü. Avropa, Asiya və Amerika istehsalı olan nəqliyyat vasitələri gəldikdə də anoloji proses baş verdi, amma buna rəğmən qısa müddətdə problem həll olundu.

Hibrid və elektromobillərin ölkəmizə idxalı prosesində də oxşar problemlər yaranıb. Xüsusən də hibrid avtomobillərinin ölkəyə kütləvi idxalı baş verib.

Bu nəqliyyat vasitələrinin bəzi hissələri Azərbaycanda mövcud olan konkret servis mərkəzləri tərəfindən gətirilib. Onlarla bağlı bu sahədə problemin olduğunu zənn etmirəm. 

Lakin ayrı-ayrı fiziki şəxslər tərəfindən gətirilən hibriv maşınlarına texniki dəstək imkanları isə məhduddur. Ancaq bu problemin də yaxın müddətdə aradan qalxacağı gözlənilir”. 

Ekspertin fikrincə, hibrid avtomobillərin geniş yayılmasına şərait yaratmaq üçün ölkədə gömrük rüsumları bir qədər də azaldılmalıdır. Həmçinin ona görə, standartların tətbiqinə də mühafizəkar yanaşmalıyıq:

“Azərbaycana öz ölkələrində istismara yararsız olan, daxili standartın tələblərinə cavab verməyən avtomobillərin idxalı prosesi sürətlənib. Məsələn, ölkəmizə hibridlə işləyən “ToyotaPlus”ların  çox köhnə modelləri gətirilir.
Bu isə mövcud avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Hesab edirəm ki, ekoloji standartlar bir qədər də sərtləşdirilməlidir. Azərbaycan avro-4 standartına cavab verən avtomobillərin idxalı qaydalarını müəyyən edib. Amma artıq avro-5-ə keçməliyik.

Bu məqam hibrid nəqliyyat vasitələri üzrə ehtiyat hissələrin idxalında da tətbiq olunmalıdır. Ölkədə doldurulma məntəqələri minimum səviyyədədir. Mövcud tələbatın aşağı hissəsini ödəyir. Bu istiqamətdə də fəaliyyəti artırmalıyıq.

Hibrid və elektromobillərin idxalı ilə bağlı gömrük şəffaflaşdırılması aparılmalı, diferensiallaşma gözlənilməlidir. Gömrükdə idxalla bağlı tətbiq olunan rüsumlar hətta istehsalçı ölkələrə nisbətdə daha yüksəkdir. Bu da hibrid avtomobillərə texniki dəstək və digər vasitələrin idxalında ciddi problemlər yaradır. Bu rüsumlar aşağı salınmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

End of content

No more pages to load

RADİO