Gürcüstan QADAĞA QOYDU: Azərbaycan MAŞIN BAZARINDA hansı təlatüm gözlənilir?

Gürcüstan hökuməti köhnə avtomobillərin ölkəyə idxalının qadağan edilməsi istiqamətində işlərə başlayıb.

Belə ki Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Noe Meqrelişvilinin sözlərinə görə, söhbət Avro 5 standartına cavab verməyən avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasından gedir ki, bu da öz növbəsində 2013-cü ildən əvvəl istehsal edilmiş avtomobillərə aiddir.

Layihənin yaxın aylarda qəbul olunması gözlənilir.

Məlumdur ki, ölkəmizə avtomobillərin gətirilməsində Gürcüstanın əhəmiyyəti böyükdür. Belə ki, istər ABŞ, istər Avropa, istərsə də Asiyadan avtomobillər adətən konteynerlərlə gəmilər vasitəsilə ölkəmizə gətirilir. Bu zaman isə okeana çıxışı olan Gürcüstan limanlarından istifadə olunur. Eyni zamanda bir çox avtomobillərin daha ucuz olması səbəbindən azərbaycanlı alıcılar birbaşa Gürcüstan bazarına üz tuturlar.

Ona görə də yeni qərarın Azərbaycan avtomobil bazarı üçün hansı təsirlərinin olacağı maraq doğurur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Gürcüstandan avtomobillərin gətirilməsi ilə bağlı təkrar idxal qaydaları da mövcuddur:

“Ona görə də bu qərarın Azərbaycan bazarı üçün ciddi təsirlərinin olacağını düşünmürəm. Bu o deməkdir ki, 2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin Azərbaycana gətirilməsində hər hansı maneələrin olacağı gözlənilmir. Təbii ki, belə olan halda qərarın nəticəsi olaraq ölkəmizdə avtomobil qiymətlərinin artması da proqnozlaşdırılmır”.

Eldəniz Cəfərov bu cür qərarın Azərbaycanın avtomobil parkının yenilənməsi baxımından zəruriliyi məsələsinə də toxunub:

“Azərbaycanda onsuz da avtomobil parkının yenilənməsi ilə bağlı işlər aparılır. Bu istiqamətdə dövlət proqramı da mövcuddur. Hətta dövlət tərəfindən yol xəritəsi də hazırlanıb. Ona görə də Gürcüstandakı qərardan asılı olmayaraq Azərbaycan öz avtomobil bazarını yeniləyəcək”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO