Hər il İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumunun iclası bu dəfə fərqli şəkildə təşkil ediləcək.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, yanvar ayının sonuna planlaşdırılan Davos sammiti onlayn formatda baş tutuacaq.
Dünya İqtisadiyyat Formunun əsas iştirakçıları Çin prezidenti Hi Jinpinq, kanseler Angela Merkel, Yaponiya baş naziri Yoşihide Suqa və Avropa Mərkəzi Bankının rəhbəri Kristina Laqarde olacaq.
Davos görüşündə dünyada iqtisadi böhran, işsizlik və dövlət borcları, iqlim dəyişikliyi və digər aktual məsələlər müzakirə ediləcək.
Formun ənənəvi qaydada iclasının isə may ayında Sinqapurda keçirilməsi planlaşdırlır.
Vüqar Ağamalıoğlu, Bizim.Media