Avqust ayında Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI

Son illərdə iqtisadiyyata təsir edən amillər dünya bazarlarında inflyasiyaya səbəb olduğu üçün bir çox məhsulların, xüsusilə ərzaqların qiymətində gözlə görünəcək dərəcədə artım müşahidə olunur. Hətta hazırda əhali gəlirlərinin təxminən yarısını qida və ərzaq xərclərinə sərf edir. Bu da əksəriyyətin sosial vəziyyətinə böyük zərbədir.

“Son vaxtlar bazarlığa getmirdim yoldaşım edirdi bu yaxınlarda özüm də getdim dəhşətə gəldim marketlər od tutub yanır. Qənaət etmək də olmur, uşaq hər gün bir şey istəyir, yox deməyə də adam utanır”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Samirə Vəliyeva bildirib. Şikayətçi Samirə xanımın qeyd etdikləri demək olar ki, hazırda əksər ailələrin sosial probleminə çevirilib.

Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyul aylarına nisbətən 13% bahalaşıb. 

Bizim.Media qiymət artımı olan bəzi məhsulların hazırki qiymət siyahısını təqdim edir:

1. Çörək – Əvvəl 40 qəpiyə satılan çörəklər hazırda 60-75 qəpikdən başlayaraq növünə görə qiymətləri dəyişib. Qara çörəklərin qiyməti ən son 80 qəpikdən 2 manat 75 qəpiyə qədər artıb. 

2. Kərə yağı – 250 qramlıq kərə yağları əvvəlki qiymət ilə 3 manat 80 qəpiyə satılırdısa, hazırda bu rəqəm 4.90 AZN-ə çatıb. (Növünə görə dəyişir)

3. Duru yağ - 1 litrlik qarğıdalı yağı əvvəllər 4 manat civarında satılırdısa, hazırda bu rəqəm 6 manat və daha yüksəyə satılır.

4. “Super Sun” yağlarının 12 manat 58 qəpiyə satılan 1.75 kiloqramlığı, hazırda 19 manat 50 qəpiyə çatıb. 

5. Şəkər tozu və kisəsi - 1 kiloqramlıq şəkər tozu 80 qəpikdən, 1 manat 56 qəpiyə qədər bahalaşıb. 50 kq-lıq şəkər tozu kisəsi isə 67 AZN-dən 75 AZN-ə çatıb.

6. Süd və süd məhsulları – 376 qramlıq xamalar hazırda 2 manat 50 qəpikdən yox, 5 manata çatıb.

7.  Tütün məmulatları - 2-3 manat aralığında olan siqaretin qiyməti, hazırda 4 manat 20 qəpiyə qədər bahalaşıb. (Növünə görə dəyişir)

8. Dezodorant-antiperspirantlar - Qiyməti 3-4 manat civarında dəyişən antiperspirantların qiyməti hazırda 6 manat 25 qəpik və 8 manat 50 qəpik arasında dəyişir.

9. Konservləşdirilmiş məhsullar - qiyməti 4 manatdan başlayan 150 qramlıq ton balıqlarının qiyməti hazırda 6 manata çatıb.

10. Gigiyenik vasitələr və yuyucu tozlar – qiyməti 60 qəpikdən başlayan sabunların qiyməti artıq 1 manata çatıb. Yuyucu tozların 1 kilo 500 qramı 5-6 manatdan başlayırdısa, hazırda bu rəqəm 7 manatdan başlayır.

Həmçinin bu ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, qənd və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. 

Bu məhsulların qiymətində avqust ayı üzrə ən azı 10-15 faiz bahalaşma müşahidə olunub.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO