Enerji içkisi olmayan suları bu adla satanlar CƏRİMƏLƏNDİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı xəbərdarlıq edib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, agentlik tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub.
Eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin rəhbərləri ilə görüşlər keçirilib, onlara öz fəaliyyətlərini normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmələri barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, nəzarət tədbirləri çərçivəsində enerji içkiləri ilə bağlı Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək 2022-ci il 1 avqust tarixindən ticarət və ictimai iaşə müəssisələrində aidiyyatı qurumlarla birgə 1537 ticarət və ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib.

Monitorinqlər zamanı qeyd olunan sahədə fəaliyyət göstərən 297 ticarət şəbəkəsində enerji içkisi olmayan içkilərin enerji içkiləri kimi satışının həyata keçirildiyi vitrinlərdə satılması, həmin məhsulların qiymət kağızının üzərində məhsulun enerji içkisi kimi təqdim edilməsi kimi nöqsanlara rast gəlinib.

Aşkarlanan faktlarla bağlı sahibkarlıq subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Agentlik müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha xəbərdarlıq edərək bəyan edir ki, enerji içkilərinin istehsalı və satışı yalnız qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və istehlakçı hüquqlarının pozulmasına yol verilməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO