Sahibkarlar üçün tətbiq olunan GÜZƏŞTLƏR – “Sayı kifayət qədərdir, amma...”

Dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində bir neçə ildir ki, aktiv şəkildə işlər görülür. Xüsusən də, vergilər, kreditləşmə və yoxlama-nəzarət mexanizmlərilə bağlı tətbiq olunan güzəştləri daha çox diqqət çəkir.

Bu istiqamətdə əsas addımlardan biri Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2019-ci il yanvarın 1-dən etibarən ölkə ərazisində sadələşdirilmiş vergi dərəcələri 2%-ə endirilib.

Eyni zamanda ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması da həmin tarixdən etibarən qüvvəyə minib.

Sözügedən dövrdən tətbiq olunan dəyişikliklərin kiçik və orta sahibkarlar (KOB) üçün qazandırdığı imkanlar daha çox olub. Belə ki, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə 7 il müddətinə ƏDV-dən azad edlir.
Bundan başqa, kiçik və orta biznes klsaterinin iştirakçısı olan sahibkarlıq subyetləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 7 sahibkar mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edildi


Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bununla yanaşı startap fəaliyyəti də 3 il müddətinə gəlir və mənfəət vergisi ödəməyəcəklər.

Bundan əlavə 2021-ci ildən etibarən sahibkarlıq sahəsində yoxlamalar da dayandırılıb. Belə ki, 2023-cü il yanvarın 1-dək sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparılmayacaq.

Əsas güzəştlərdən biri kimi, sahibkarlara güzəştli kreditlərin verilməsini də qeyd etməliyik. 2020-ci il iyunun 4-də Prezident İlham Əliyevin fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası müəyyən edilib.

Fərmanın 5-ci bəndinə əsasən sahibkarlar 5 min manatdan 10 milyon manatadək güzəştli kreditlər əldə edə bilərlər.

Fərmanın 6-cı bəndinə əsasən isə fondun kreditlərinin illik faiz dərəcəsi 1 faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərtilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilib.

Son olaraq, sentyabrın 5-dən etibarən isə 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında sahibkarlar investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənəd təqdim edə bilmədiyi halda, bu çətinlik KOBİA əməkdaşları tərəfindən hazırlanan xüsusi “Bildiriş forması” vasitəsilə həll oluna biləcək.

Göründüyü kimi güzəştlərin sayı kifayət qədərdir. Bəs, praktiki olaraq, bu güzəştlər sahibkarlığın inkişafı üçün yetərlidirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, tətbiq olunan güzəştlərin sayı və həcmi heç də az deyil:

“Lakin effektivlik aşağı səviyyədədir. Ona görə də, ünvanlı formada hansısa güzəştlərin tətbiqindənsə, biznes mühitinin daha da yaxşılaşdırılmasına ehtiyac var. Xüsusən də, vergi tariflərinin və gömrük ödəmələrinin azaldılmasına ehtiyac var. Bundan əlavə sahibkarlığın inkişafı üçün Rəqabət məcəlləsinin qəbulu da mühüm əhəmiyyət kəsb edir”.

Ekspert qeyd edib ki, sadalanan məqamların həlli ümumilikdə sahibkarlığın inkişafına kömək ola bilər:

“Yəni, ayrı-ayrılıqda sahibkarlara istiqamətlənən addımların atılmasındansa, müəyyən güzəştlərə çıxış imkanlarının genişləndirilməsi daha məqsədəuyğun olardı”.

Murad Əhmədov, Bizim.Media


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının – 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO