Azərbaycan qazı Avropanı böhrandan xilas edə biləcəkmi? – İlham Şabanın ŞƏRHİ

Son günlərdə artan enerji qiymətləri bir sıra Avropa ölkələrində kütləvi etiraz aksiyalarına səbəb olub. Rusiya-Ukrayna savaşının başlaması ilə yaranan böhranlı vəziyyətdə isə köhnə qitənin gözü alternativ mənbələrə yönəlib.

Azərbaycan da, xüsusən Cənubi Avropa ölkələrinə qaz nəqlində mühüm paya malik ölkələrdəndir. Eyni zamanda Azərbaycanın bu ölkələrə ixrac etdiyi qazın həcmini artırmaq üçün işlər görülür.
Bəs, qaz nəqlinin artırılması enerji qiymətlərinə təsir edə biləcəkmi? 

Mövzunu Bizim.Media üçün şərh edən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, Azərbaycanın Avropanın qaz bazarına təsir imkanları məhduddur: 

“Bu il ərazində Avropaya nəql olunan Azərbaycan qazının həcmi 7,3 milyard kub metr olub. Digər tərəfdən, hesablamalarıma görə, Azərbaycan avqust ayında Avropaya gündəlik olaraq 26 milyon kubmetr qaz nəql edib.

Avropada qaz qiymətlərinin yay ərzində 1000 dollardan baha olmasının səbəbi isə Gazpromun bir sıra kəmərlərə qaz nəqlini azaltması və ya tamamilə dayandırmasından qaynaqlanır. Avqustun 31-dək Gazprom 42 milyon kubmetr Ukrayna üzərindən, 33-34 milyon kubmetr isə Şimal Axını üzərindən Avropa bazarına qaz çıxarıb. 

Müharibədən əvvəlki dövrdə Ukrayna üzərindən daşınan gündəlik qaz həcmi 280-300 milyon kubmetr olub. Şimal Axınında bu rəqəm 170 milyon idi. Göründüyü kimi, Azərbaycanın Avropa bazarında qiymətlərə təsir edəcək qədər böyük payı yoxdur”.
Ekspertin sözlərinə görə, sadalanan rəqəmlərə baxmayaraq, Azərbaycan qazının İtaliya bazarında payı bu il əvvəlki dövrlə müqayisədə 2% artıb:

“Əvvəllər bu rəqəm 9% idi. Bəli, artımın olması müsbətdir. Lakin Azərbaycan Prezidentinin italiyalı jurnalistlərə müsahibəsində qeyd etdiyi kimi, biz heç zaman Rusiya qazına alternativ olmaq kimi qarşımıza məqsəd qoymamışıq”.

İlham Şaban Azərbaycan qazının Avropaya nəqlini təmin edən TAP kəmərinin maksimum ötürmə gücünə çatdırılmasının gözləniləndən daha qısa müddətdə mümkünsüz olduğunu da diqqətə çatdırıb:

“Çünki Cənub Qaz dəhlizi bizim daxili layihəmiz deyil, regional proyektdir. İnsanlar elə düşünməsinlər ki, bir neçə gündə kəmərin genişləndirilməsi və nəqlin artırılması mümkündür.

Burada söhbət dəyəri 3-4 milyard dollar olan avadanlıqların quraşdırılmasından gedir. Əvvəlcə, həmin avadanlıqlar sifariş olunmalı, layihələndirilməli, hazırlanmalı, daha sonra montaj olunmalıdır.
Bundan əlavə isə ən azı 3 aylıq sınaq müddəti tələb olunur və müvafiq sertifikatlar alındıqdan sonra yeni qaz həcmi vurula bilər.

Ən yaxşı halda bu, 2027-ci ilədək zaman alacaq. Eyni zamanda biz Bakı-Tiflis-Ceyhan və digər layihələrdə də görmüşük ki, heç Avropa şirkətləri belə qrafikə əməl etmirlər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

End of content

No more pages to load

RADİO