“Növbəti aydan dövlət büdcəsinin gəlirləri artacaq” - TƏHLİL

“Azərbaycanın bu ilki büdcəsinin icrasında problem olmayacaq. Bu gün Azərbaycanın Mərkəzi Bankının Dövlət Neft Fondu ilə birlikdə aktivləri 50 milyard dollardan yuxarıdır. Əminliklə deyə bilərik ki, bu ilin yanvar və fevral aylarında neftin qiymətləri normal səviyyədə 50 dollardan yuxarı satılacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında neft məsələləri üzrə ekspert Zəfər Vəliyev dövlət büdcəsində neftin qiymətinin yuxarı hədlə götürülməsi və gəlirləri məsələsinə şərh verərkən deyib.

Onun sözlərinə görə, bu illə bağlı bütün proqnozlar onu deməyə əsas verir ki, 2021-ci ildə neftin qiymətləri 40 dollardan yuxarı, əsasən 55-60 dollar arasında dəyişə bilər:

 

MÖVZU İLƏ BAĞLI:

SOCAR Gürcüstana qazı neçəyə satır? - TƏHLİL

“Yanacağın qiymət artımı məntiqə uyğun deyil” – Ekspertdən açıqlama


“2021-ci ildə neft ixrac edən ölkələrdə neftin büdcədə baza qiyməti 40 dollar və ondan yuxarı götürülür. Əgər bazarın tənzimlənməsində OPEC və onunla mütəffiq ölkələr hər hansı yalnışlıqlara yol verməsələr, hasilat sığortalarına doğru-dürüst əməl etsələr, o zaman növbəti artımın ikinci və üçüncü kvartalda şahidi olacağıq".

"Həm Asiya bazarlarında, həm də Avropada havaların soyuq keçməsi ilə bağlı neft məhsullarına olan tələbat artıb. Neft məhsullarına tələbat artdıqca, neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi də artacaq. Neftə olan tələbatın dinamikası da artıq müşahidə olunur”. 

Ekspert qeyd edib ki, bu il ötən illə müqayisədə neftə olan tələbat 5,6 milyon barel çox olacaq:

“Dünya bazarında neftin qiyməti həm Asiya, həm də Avropada durmadan artır. Keçən il dünya üzrə ortalama tələbat 91 milyon barel olub. Bu il 5,6 milyon bareli də həmin rəqəmə əlavə etsək, bu 96,5 milyon barel edir. Bu göstərici 2021-ci ildə qlobal neftə olan tələbatdır. 2021-ci ildə tələbat 2019-cu il səviyyəsinə çata bilməsə də, artıq tələbatla bağlı dinamika var. Təbii ki, neftin qiyməti artdıqca, Azərbaycan Dövlət Neft Fonduna mənfəət neftinin satışından əldə olunan gəlirlər çoxalacaq.  SOCAR-ın müstəqil şəkildə aktivində olan neft yataqlarından və hasilatın pay bölgüsü sazişi əsasında partnyor şirkətlərlə hasil olunan neftin bir hissəsi Qərb istiqamətinə, digər hissəsi isə Şimal istiqamətinə nəql olunacaq”. 

Zəfər Vəliyev onu da əlavə edib ki, neftin qiyməti 50 dollardan yuxarıdırsa, o zaman həm Dövlət Neft Fonduna, həm də Dövlət Neft Şirkətinin hesabına əlavə pul vəsaitləri daxil olacaq:

“Bu, eyni zamanda özünü Azərbaycanın dövlət büdcəsində göstərəcək. Çünki dövlət büdcəsinin bir hissəsi Neft Fondundan edilmiş transferlər əsasında formalaşır. Təbii ki, işğaldan azad olunmuş rayonlarla bağlı da  genişmiqyaslı layihələr icra olunacaq. Bu sahədə ekspertlər qrupu işləyir. Ola bilər ki, büdcənin gəlir və xərclərinə yenidən baxılsın. Bu da qarşıdakı aylarda baş tuta bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

End of content

No more pages to load

RADİO