Rusiyanın "Qazprom" şirkəti "Şimal axını" boru kəmərindən təbii qazın Avropaya nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığını bildirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, buna səbəb "Portovaya" kompressor stansiyasındakı nasazlıqdır.
Şirkət təmir işlərinin nə zaman başlayacağını və yekunlaşacağı vaxtı açıqlamayıb.
Bizim.Media