Cari ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan məhsulların 18,6 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, idxalın 63 faizini avtomobil, 10,7 faizini hava, 7,1 faizini dəniz nəqliyyatı, 0,6 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.
Bizim.Media