Almaniya şirkətləri ilə əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 22-23 avqust 2022-ci il tarixlərində əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfərini təşkil edib.

Palatadan Bizim.Media-ya bildirilib ki, iki gün davam edəcək proqramın ilk günü, 22 avqust tarixində, əczaçılıq sahəsində fəaliyyət göstərən 5 Almaniya və 10 Azərbaycan şirkəti AHK Azərbaycanın Konfrans Zalında "Azərbaycan üçün alman əczaçılıq məhsulları" üzrə təqdimat tədbirində bir araya gəlib.

İştirak edən alman nümayəndələr tədbir iştirakçılarını alman şirkətlərinin fəaliyyəti, layihə və təkliflərinin tanıdılması, əməkdaşlıq imkanlarının müzakirəsi və regionda planlaşdırılan fəaliyyətləri ilə yaxından tanış edib.

Tədbirdə AHK Azərbaycanın İcraçı direktorunun müavini, cənab Fabian Zittlau və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müavini cənab Heiko Schwarz rəsmi açılış nitqi ilə bütün iştirakçıları salamlayıb və iştirakçıları Azərbaycanda baş verən son hadisələr və mövcud bazar tendensiyaları haqqında məlumatlandırıb.
Açılış nitqinin ardınca, alman şirkətlərinin rəhbərləri aşağıdakı mövzular üzrə qısa təqdimatla çıxış edib və iştirakçılara praktiki məlumatlar verib: Beynəlxalq Əczaçılıq Təchizatında B2B Həllər, Onlayn Aptek Necə Qurulmalı (Əsas Müvəffəqiyyət Faktorları və Maneələr), Biznesiniz üçün Ağıllı Saxlama və Yerləşdirmə Həlləri, Avtomatlaşdırma – İstehsalat – İntralogistika, Əczaçılıq Sənayesi və Topdansatış üçün Logistik Məsləhətçilik.

Tədbir müzakirələr və şəbəkədaxili danışıqlar şəraitində yekunlaşıb.

İşgüzar səfərin ikinci günü, 23 avqust tarixində, nümayəndə heyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyiylə, eləcə də ölkənin müxtəlif qurumları və şirkətləriylə görüşlər keçirəcək və öz həll yollarını təqdim edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

End of content

No more pages to load

RADİO