“Dövlət vəsaitləri əhəmiyyətli dərəcədə talana bilər” - İqtisadçı

“Qarabağın bərpası işində rəqabət formalaşdırılmalı, dövlət satınalmaları həyata keçirilərkən şirkətlərin təkliflərinin qiymətləndirilməsi həyata keçirilməlidir. Əks halda dövlət vəsaitləri əhəmiyyətli dərəcədə talana bilər. Belə olsa, Qarabağın bərpasını heç 50 ilə də başa çatdıra bilmərik. Əgər bir tərəfdən avantaj üstünlüklər tanınırsa, digər tərəfdən dövlətin maraqları əhəmiyyətli səviyyədə gözlənilməlidir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov Qarabağın bərpasında türk şirkətlərinə üstünlük verilməsi məsələsindən danışarkən deyib. 

İqtisadçı qeyd edib ki, haqq savaşımızda dəstək verən Türkiyə investorlarının Qarabağın bərpasına yönəldilməsi başadüşüləndir və onlara müvafiq şərait yaradılmalıdır:

“Amma bütün bunlar qanunvericilik çərçivəsində və şəffaf şəkildə həyata keçirilməlidir. Bu, o demək deyil ki, o şirkətlərə Azərbaycanda əlahiddə şərait yaradılmalıdır. Torpaqlarımızın işğaldan azad edilıməsində Türkiyə aktiv iştirak edib. Həmçinin Azərbaycana dəstək verən Ukrayna, İtaliya, Pakistan  və İsraillə Azərbaycan arasında Vətən savaşından sonra yeni bir mərhələ başlayır. Onlara daha çox şəraitin yaradılması nəzərdə tutulur".

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın bərpası üçün konsepsiya hazırlanır - RƏSMİ

Qarabağın bərpasına 2,2 milyard ayrılacaq

 

"Həmişə müəyyən fəaliyyət sahələrində yerli sahibkarlıq subyektlərinin də gözardı edilməməsinə ehtiyac var. Əslində Azərbaycanda 4-5 “monopolist-oliqarx” qarışıq tipli model var. Ona investor demək olmur. Çünki investor kimi düşünmür və məmur keçmişindən formalaşıb. Təbii ki, onların da kənarlaşdırılması lazım deyil. Ən azından bundan sonra formalaşan yerli investorları da Qarabağın bərpasına cəlb etmək olar. Pulu xaricə daşımaqdansa, post-pandemiya və post-iqtisadiyyat dövründə canlanma yaratmağa ehtiyac var”. 

Tikinti şirkətlərində türklərin kifayət qədər aktiv olduğunu qeyd edən ekspert Qarabağın bərpasında məhz onlara üstünlük verilməsinin əhəmiyyətindən söz açıb:

“Azərbaycan müstəqilliyini əldə edəndən sonra ilk ölkəyə gələn investorlar türklər olub. Post-sovet ölkələrində, o cümlədən Azərbaycanda 2000-ci illərin əvvəlindən tikinti sektoru başladı".

"İnfrastruktur tələblərə cavab vermirdi, köhnəlmişdi və təxminən 10 il ərzində bu sahəyə heç bir yatırım edilməmişdi. O dövrdə dünyada tikinti layihələrinin 7-8 faizini türklər həyata keçirirdi. Bu baxımdan türklər çox rahatlıqla post-sovet ölkələrinə daxil oldular. Çünki rəqibləri yox idi və boş bazar idi".

"Birdən-birə tikinti bumu müşahidə edildi. O cümlədən Azərbaycanda müvafiq proses baş verdi. Rahat şəkildə bizim bazarlarda türklər iştirak edə bildilər. Təbii ki, bu məsələdə dil oxşarlığı, din və qardaşlıq kimi amillər avantaj idi. Türk şirkətlərinin Azərbaycanda mövcud şərtlərə uyğunlaşması daha rahat idi".

"Almaniya şirkətləri xaricdə rüşvət verəndə onlara Almaniya cinayət işi açır. Türkiyədə bənzər problem yox idi. Qanunvericilik onlara risk formalaşdırmırdı. Bu səbəbdən onlar Azərbaycanda uzun müddət işləməyə başladı”. 

Qeyd edək ki, işğaldan azad edilmiş Qarabağın yenidən qurulmasında türk iş adamlarına üstünlük veriləcək. Belə ki, müxtəlif ölkələrin bərpa təcrübəsi araşdırılıb və ən uyğun təcrübə Türkiyə modeli olaraq nəzərdə tutulub. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alınıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

End of content

No more pages to load

RADİO