Azad edilən ərazilərdə "yaşıl enerji zonaları"yaradılacaq

Yanvarın 18-də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib.

Video-konfrans formatında baş tutmuş tədbirdə dünyanın 180-dən çox dövlətini təmsil edən yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, IRENA-nın Baş direktoru Fransesko Lə Kamera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib.

Çıxışda qlobal pandemiyanın dünya iqtisadiyyatına və enerji sektoruna təsirləri, bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobal meyllər, bu sahəyə yönəldilən investisiyalar, iqlim problemləri və davamlı enerji keçidlərinə siyasətin təsiri kimi mövzulara toxunulub.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr, həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixana qazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasının digər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı olduğu qeyd edilib.

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30%-ə çatdırılması vəzifəsinin irəli sürüldüyü, habelə, imzalanmış sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi və irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradıldığı diqqətə çatdırılıb”, - məlumatda qeyd edilir.

Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyi vurğulanıb.

Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dair müqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrə yekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib.

Tədbirdə, həmçinin Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. Bildirilib ki, ölkə başçısının göstərişinə əsasən, “işğal altında olmuş ərazilər” “yaşıl enerji zonaları”na çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

End of content

No more pages to load

RADİO