Mərkəzi Bank “kreditə malların satışı”na nəzarəti gücləndirir

Azərbaycanda malların nisyə satışı ilə məşğul olan təşkilatlarının məlumatların Kredit Bürosuna ötürülməsinin təşviq olunması gələcəkdə məlumat bazasının daha da genişlənməsinə imkan verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bildirilir ki, “kreditə malların satışı” dedikdə Azərbaycan Respblikasının mülki qanunvericiliyinə uyğun olaraq malların nisyə satışı (malların dəyərinin hissə-hissə ödənilməsi) başa düşülməlidir.

“Nisyə alqı-satqısı ilə bağlı borclar barədə məlumatların Azərbaycan Kredit Bürosunun (AKB) məlumat bazasına daxil edilməməsi potensial borcalanların ödəniş qabiliyyətinin düzgün qiymətləndirməsinə çətinlik yarada bilər və son nəticədə bankların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərə bilər.

Ona görə də, Mərkəzi Bank Kredit Bürosu qarşısında məsələni qaldırmış və büro ilə aktiv müzakirələr aparılıb. Bu müzakirələr nəticəsində bir sıra nisyə satışla məşğul olan təşkilatla və Kredit Bürosu arasında müqavilələr imzalanıb və büronun bazasına məlumatların yüklənməsi prosesinə başlanılıb”, - AMB-dən bildirilib.

Qeyd edək ki, son illər ticarət obyektləri aktiv şəkildə kreditə mallarının satışını həyata keçirirlər.

Lakin həmin borcalanlar banklara müraciət etdiyi halda ticarət obyektlərinə olan borcları hec bir məlumat bazasında (Kredit Bürosu kimi) əks olunmadığı üçün rahat şəkildə istədiyi məbləğdə kredit ala bilərlər. Bu, gələcəkdə bankların və ya qeyri-bank təşkilatların böyük risk altına ata bilər.

Xatırladaq ki, Azərbaycan Kredit Bürosu ölkənin qabaqcıl 8 bankı tərəfindən 2018-ci ildə təsis edilib və hazırda ərəfdaşlarının sayı 201-ə çatıb.

Bunlar 47 bank (21-i ləğv prosesindədir), 61 bank olmayan kredit təşkilatı (BOKT, 5-i ləğv prosesindədir), 35 kredit ittifaqı, 22 sığorta şirkəti (2-si ləğv prosesindədir), 7 lizinq şirkəti, 1 faktorinq şirkəti, 1 kollektor agentliyi, 18 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 3 dövlət qurumudur.
Kredit Bürosu borc alanlar və potensial müştərilərin kredit tarixçəsi, rüsum və cərimələrin ödənişi, girovları, kommunal borcları və s. barədə informasiyaları toplayıb saxlayan və qanunla nəzərdə tutulmuş qaydada maliyyə təşkilatlarına ötürən məlumat bazasıdır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO