Azərbaycanın xarici ticarət dövriyyəsinin HƏCMİ açıqlandı

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 25 milyard 885,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19 milyard 528,6 milyon dollar, idxalın dəyəri 6 milyard 357 milyon dollar təşkil edib, nəticədə 13 milyard 171,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4 faiz, real ifadədə isə 8,1 faiz artıb.

İxrac real ifadədə 14,4 faiz artıb, idxal isə 2,9 faiz azalıb. 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 91,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Hindistan, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Ukrayna, Gürcüstan, Portuqaliya, İspaniya, İsveçrə, Çexiya, Tunis, Qazaxıstan, Tailand, ABŞ, İran, İndoneziya, Vyetnam, Xorvatiya və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 14,8 faizi Çinin, 4,8 faizi Qazaxıstanın, 4,4 faizi Almaniyanın, 3,5 faizi İranın, 2,7 faizi ABŞ-ın, 2,3 faizi İtaliyanın, 2,1 faizi Ukraynanın, 1,9 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Türkmənistan, Fransa və Birləşmiş Krallığın, 1,4 faizi Hindistanın, hər biri 1 faiz olmaqla Özbəkistan, Belarus və İndoneziyanın, hər biri 0,9 faiz olmaqla Braziliya və Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Polşa və Vyetnamın, 13,3 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, bitki mənşəli məhsulların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. 

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin yanvar-iyun aylarında mühüm məhsul növlərindən təzə meyvə idxalı 11,3 faiz, kərə yağı, digər süd yağları və pastaları 31,8 faiz, unlu qənnadı məmulatları 15,8 faiz, kartof 6,3 faiz, quş əti və onun əlavə məhsulları 31 faiz, dərman vasitələri 30,4 faiz, polad prokatı 12,4 faiz, avtobuslar 5,4 dəfə, məişət kondisionerləri 41,1 faiz, sintetik yuyucu vasitələr 5,2 faiz, qara metallardan çubuqlar 31,4 faiz, mebellər 1,6 faiz, polietilen 82,1 faiz, sement 52,3 faiz artıb, buğda idxalı isə 0,5 faiz, bitki yağları 9,2 faiz, xam şəkər 25,1 faiz, şokolad və şokolad məhsulları 5,6 faiz, çay 6,2 faiz, təzə tərəvəz 28,1 faiz, mal əti 61,6 faiz, siqaretlər 84 faiz, minik avtomobilləri 11,9 faiz, qara metallardan borular 10,8 faiz, hesablama maşınları, blok və qurğuları 22,7 faiz, yük avtomobilləri 17,5 faiz, rezin şinlər 7,8 faiz, mineral gübrələr 60,9 faiz, paltaryuyan maşınlar 27,9 faiz, polipropilen 0,6 faiz, qara metallardan künclüklər 11 faiz, məişət soyuducuları 43,8 faiz azalıb.

2022-ci ilin yanvar-iyun aylarında ölkəyə 32382 ədəd minik avtomobili, 2306 ədəd yük avtomobili, 323 ədəd avtobus idxal olunub.

İxracın 48,6 faizini İtaliyaya, 10 faizini Türkiyəyə, 5,1 faizini İsrailə, 4,4 faizini Hindistana, 3,3 faizini Birləşmiş Krallığa, 3,1 faizini Yunanıstana, 2,3 faizini Portuqaliyaya, hər biri 2,1 faiz olmaqla Rusiya və Gürcüstana, 1,9 faizini İspaniyaya, hər biri 1,8 faiz olmaqla Tunis və Ukraynaya, hər biri 1,7 faiz olmaqla İsveçrə və Çexiyaya, 1,5 faizini Almaniyaya, 1,3 faizini Tailanda, 0,8 faizini Xorvatiyaya, hər biri 0,7 faiz olmaqla Rumıniya və İrlandiyaya, hər biri 0,6 faiz olmaqla Vyetnam, Tayvan (Çinin əyaləti) və İndoneziyaya, 3,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2022-ci ilin yanvar-iyun aylarında ixracın 91,3 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 5,1 faizini avtomobil, 2,8 faizini dəmir yolu, 0,7 faizini hava, 0,1 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, alüminium və ondan hazırlanan məmulatların, qara metallar və onlardan hazırlanan məmulatların, bitki yağlarının, şəkərin, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında ötən ilin yanvar-iyun ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 2,2 faiz, tütün 2,7 dəfə, çay – 95 faiz, mineral gübrələr 3,8 dəfə, emal olunmamış alüminium 90,2 faiz, qara metallardan çubuqlar 47,4 faiz, sement klinkerləri 22,5 faiz, qara metallardan borular 7,3 faiz, bentonit gili 3,3 faiz artıb, təzə tərəvəz ixracı isə 8,6 faiz, kartof 14,9 faiz, bitki yağları 26,5 faiz, şəkər 59,6 faiz, meyvə və tərəvəz şirələri 16,8 faiz, meyvə və tərəvəz konservləri 21,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 39,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 27,3 faiz, pambıq lifi 28,6 faiz, polietilen 26,4 faiz, polipropilen 33,8 faiz, pambıq ipliyi 29,4 faiz, qara metallardan yarımfabrikatlar 36,1 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Özbəkistanda səfərdədir

İlham Əliyev Özbəkistanda səfərdədir

Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü - FOTO/VİDEO

Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü - FOTO/VİDEO

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

Türkiyədə zəlzələ BAŞ VERDİ

Türkiyədə zəlzələ BAŞ VERDİ

Heidi Klum yenə hər kəsi heyran buraxdı – FOTO

Heidi Klum yenə hər kəsi heyran buraxdı – FOTO

Dominqo “Küçələrə su səpmişəm” oxudu – VİDEO

Dominqo “Küçələrə su səpmişəm” oxudu – VİDEO

Müharibə hazırlıqları SÜRƏTLƏNİR – Rusiya və Avropa savaşın BİR ADDIMLIĞINDA

Müharibə hazırlıqları SÜRƏTLƏNİR – Rusiya və Avropa savaşın BİR ADDIMLIĞINDA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Tramp Venesuela ilə bağlı qərar verdi – VİDEO

Tramp Venesuela ilə bağlı qərar verdi – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Leysan, dolu, qar...

Hava KƏSKİN DƏYİŞİR – Leysan, dolu, qar...

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən konsertdə - FOTO

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən konsertdə - FOTO

Bu BÜRCLƏRİ yeni imkanlar gözləyir

Bu BÜRCLƏRİ yeni imkanlar gözləyir

Manaf Cəlilzadə Baş Prokurorluğa ÇAĞIRILDI

Manaf Cəlilzadə Baş Prokurorluğa ÇAĞIRILDI

“The Economist” 2026-cı il üçün üz qabığını yayımladı: Dünyanı nə gözləyir?

“The Economist” 2026-cı il üçün üz qabığını yayımladı: Dünyanı nə gözləyir?

Cənubi Koreyada dəhşətli YANĞIN – VİDEO

Cənubi Koreyada dəhşətli YANĞIN – VİDEO

Qobu sakinlərindən ŞİKAYƏT – Yeni zibil konteynerləri nə vaxt quraşdırılacaq?

Qobu sakinlərindən ŞİKAYƏT – Yeni zibil konteynerləri nə vaxt quraşdırılacaq?

Silsilə qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Silsilə qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Azərbaycan klubunda rəhbər DƏYİŞİKLİYİ

Azərbaycan klubunda rəhbər DƏYİŞİKLİYİ

Meteohəssas insanların DİQQƏTİNƏ

Meteohəssas insanların DİQQƏTİNƏ

“Yerə zibil atmayın” dedi, hücuma məruz qaldı - ANBAAN VİDEO

“Yerə zibil atmayın” dedi, hücuma məruz qaldı - ANBAAN VİDEO

Qonşusu Könül Kərimovanın pəncərəsini "kartof yağışı"na tutdu

Qonşusu Könül Kərimovanın pəncərəsini "kartof yağışı"na tutdu

İlham Əliyev: “Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”

İlham Əliyev: “Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”

DÇ-2026: Bu gün keçiriləcək oyunlar

DÇ-2026: Bu gün keçiriləcək oyunlar

Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT

Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT

End of content

No more pages to load

RADİO