Azərbaycanda 5G-nin quraşdırılması niyə təxirə salındı? - PROBLEM 

“İki ildir ki, dünyanın bir çox ölkələri kommersiya yönümlü 5G mobil şəbəkələri qurmağa başlayıblar. Müşahidələr göstərir ki, artıq qonşu ölkələr də pilot rejimdə 5G şəbəkələrini qurublar. Təəssüf ki, bizim ölkəmizdə hələlik bununla bağlı hər hansı real addımlar müşahidə olunmur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O, qeyd edib ki, bir müddət bundan öncə Dövlət Radiotezliklər İdarəsində görüş zamanı qurumun bu istiqamətdə araşdırma apardığı, geniş təqdimatın olduğu və araşdırmanın nəticələrinin Nazirliyə təqdim edildiyi barədə məlumat verilmişdi:
 

MÖVZU İLƏ BAĞLI:

5G texnologiyasında hansı risklər var? - Azərbaycanda keçid prosesinin PROBLEMLƏRİ 


“Düşünürəm ki, biz bu məsələdə xeyli gecikirik. Hökumətin bununla bağlı bir konsepsiyası olmalıdır. RİNN 5G-dən istifadənin üstünlükləri, onun texniki-texnoloji aspektləri, təhlükəsizlik aspektlərini əhatə edən konseptual bir sənəd ortaya qoymalıdır. Əslində, bunu çox ehtiyatla yazıram.

Çünki, ehtiiyat edirəm ki, bu tip konsepsiyanın da taleyi RİNN-nin indiyədək hazırladığı və təsdiqlənmədiyi çoxsaylı konseptual sənədlərinin gününə düşəcək. Amma düşünürəm ki, hökumət, RİNN öncədən müəyyən etməli və açıqlamalıdır ki, dövlət sektoru, biznes cəmiyyət üçün 5G hansı imkanları yaradacaq”.

Forum rəhbəri bildirib ki, 5G yalnız mobil rabitə və internet üçün deyil, həm də “Ağıllı şəhər” və “Ağıllı kəndlər” konsepsiyaları üçün nəzərədə tutulur:

“5G infrastrukturu üçün tənzimləyici, iqtisadi və təhlükəsizlik məsələləri necə qurulacaq, biznes model necə olacaq, ekosistem necə formalaşacaq? Bir şəbəkə qurulub hamı operatorlar ondan yaralanacaq, yoxsa hərəsi özününkünü formalaşdıracaq?

5G-nin tətbiqi ilə 2G/3G xidmətləri dayandırılacaqmı? (Belə təcrübə artıq var- dövlətin telekommunikasiya operatorları GPON infrastukturunu qurandan sonra aşağı sürətlər ləğv edilib.)

5G üçün hansı avadanlıqlardan istifadə olunacaq? 5G-ni dəstəkləyən bütün telefonlar şəbəkədə işləyəcəkmi? və s. Suallar çoxdur. Və şəbəkə qurulmazdan öncə bunlar müəyyən edilməlidir”.
Osman Gündüz həmçinin qeyd edib ki, qonşu ölkələrdə bu tip məsələlərlə bağlı müsbət və eyni zamanda mənfi təcrübələr ( vahid şəbəkədən istifadə ilə bağlı) formalaşıb:

“Ciddi əhəmiyyət kəsb edən məsələlərdən biri də 5G üçün tezlik resursunun mövcudluğu və operatorlar tərəfindən hansı qaydada əldə ediləcəyidir.

Ümumiyyətlə, bizdə dövlətə məxsus və məhdud olan tezlik zolaqlarından istifadə sahəsində ciddi problemlər var. Elə qurumlar var ki, uzun müddətdir tezlik resurslarını əldə edib, hər il cüzi istifadə xərcini də ödəyir, lakin demək olar ki, bu resursdan istifadə etmir.

Maraqlıdır ki, tez-tez benzin və kommunal xidmətlərin tariflərinə əl gəzdirən Tarif Şurası az qala 20 ildir ki bu tariflərdə heç bir dəyişiklik etməyib. Fikrimcə, effektiv və səmərəli istifadə olunmayan tezlik resurslarının geri alınması mexanizmləri işlənməlidir”.
AİF prezidenti hesab edir ki, RİNN və Dövlət Radiotezliklər İdarəsi, yeni yaradılan Radiotezliklər üzrə Dövlət Komissiyası bu istiqamətdə səylərini gücləndirməlidir:

“2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasında da bu məsələ xüsusi qeyd olunub. 5G üçün tezliklərin təmizlənməsi və yararlı hala gətirilməsinə, bu tezliklərdən istifadə haqqı məsələsinə və bu tezlikləri daha rəqabətli formada, məsələn , auksionlar vasitəsilə təqdim edilməsinə diqqət yetirilməlidir.

Gərək tezlik resursları müəyyən olunsun ki operatorlar avadanlıq problemini zamanında həll etsinlər.

Mobil operatorlara konkret ərazilər üzrə pilot formada 5G şəbəkəsinin qurulması üçün imkanlar yaratmaq da doğru olardı”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

End of content

No more pages to load

RADİO