İslam bankçılığı nə üçün klassik bankçılığa uduzur? - Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

“Faiz və sələm sözləri İslamda müxtəlif mənalara gəlib çıxır. Əslində peyğəmbər ticarətlə bağlı malın üzərinə 10 faiz əlavə edib satmaqla bağlı fikir bildirmişdi. Sadəcə sonra yüksək miqdarda faizlərin verilməsi nəticəsində sələmçilik ortaya çıxdığı üçün İslam bu kimi halları qadağan etdi. Hazırkı dövrdə də bu barədə mübahisəli məsələlər ortaya çıxmaqdadır”.

Bu sözləri Bizim.Media-ya İslam bankçılığı haqqında açıqlama verən iqtisadçı- ekspert Elman Sadıqov səsləndirib.

“2008-2010 krizindən sonra dünyada İslam Bankına olan meyillər biraz da artdı.

Klassik bankçılıqda pul verilən zaman ticarətin uğurlu olub olmamasından, istehasalın alınıb-alınmamasından asılı olmayaraq, həmin pul faizləri ilə birlikdə banka geri qaytarılmalıdır.

Amma İslam bankçılığında deyilir ki, sənə pul verilən zaman qazancından müəyyən bir hissəni banka verəcəksən. Yəni bir növ burada qazanca şərik olunur.

Əslində bu daha ədalətli bir prinsipdir. Şəxs bankdan götürdüyü pulun üzərində pul qazanmırsa, ana pulu geri qaytarır. Yəni üstünlük odur ki, sən qazancına uyğun şkildə pulu geri verəcəksən”.

Ekspertin sözlərinə görə İslam bankçılığının işləmə prinsipi müəyyən məsələlərdə iqtisadi cəhətdən xeyli maneə törədir:

“2010-213-cü illərdə Malaziya özünü İslam bankçılığına görə dünyada dayanıqlı maliyyə mənbələrinin ikincisi hesab olunuru. Malaziya bu sistemin inkişafı ilə bağlı xeyli maliyyə də ayırdı. Amma proses tam olaraq gözlənilən nəticəni vermədi. Səbəblər isə maliyyələşdirmə mexanizmləri ilə bağlı idi.

İslam bankçılığında buraxılan səhvlərdən biri də o idi ki, klassik şəkildə işlədilən bank sisteminin yalnız müəyyən bir departamentində İslam bankçılığı yaradılır. Bu isə banka maliyyə yatıran insanlarda müəyyən qədər çaşqınlıq yaradırdı”.
 

Bundan başqa ekspert bildirir ki, İslam bankçılığında depozit qoyanlara təklif olunurdu ki, bank o pulu müəyyən bir layihəyə görə hansısa sahibkara verəcək.

Həmin sahibkar qazandığı puldan əlavə faizləri bankla böldüyü təqdirdə ondan depozitçiyə pay veriləcək:

“Nəticə olaraq bu praktikada demək olar ki, işləməyən bir qərar oldu. Qarşı tərəf ana pulu qaytardığı zaman depozitçiyə heç nə ödənilmədi. Daha sonra isə minimum faiz tətbiq olundu. İslam bankçılığının əsəas problemləri məhz bunlar idi. Əslində İslam bankçılığının təməl prinsipi layihələrin idarə olunmasıdır. Bu məsələ nisbətən çətin məsələdir”.

Bəs hazırda baş verən qarşıdurmalar fonunda, maliyyə böhranı ilə üz-üzə qalan dünyaya İslam bankçılığı lazımdırmı?

“Dünyada İslam bankçılığına keçmək istəyən kifayət qədər ölkə var, çünki İslam bankçılığındakı risklər kifayət qədər azdır.

Praktiki gedişat isə göstərdi ki İslam bankçılığı ilə işləyən banklar müasir dövrdə rəqabətə dayanıqlı deyillər. Hazırda İslam ölkələrində xeyli pul vəsaiti var. İslam bankçılığının dünyya bankçılığındakı rolu 5 faizi keçə bilmir.
 

Ümumi rolu hardasa 2,3 faiz dəyərləndirilir. 5 faizin altında olan göstərici isə əhəmiyyətli göstərici sayılmır. İslam bankçılığı dünya iqtisadiyyatına təsir göstərmək gücündə deyil.

Buna əsasən deyə bilərəm ki, İslam bankçılığının qazanclılığı yoxdur, amma cəlbediciliyi var. Hazırda bu nəzəriyəni doğru şəkildə praktikaya çevirə bilmək üzərində iş aparılır.

Əslində İslam bankçılığı pis deyil. Böyük potensialı var, amma onu doğru şəkildə təbiq etməyin yolları tapılmalıdır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO