Dünyanı gözləyən BÖHRAN – Hansı ölkələr təhlükə altındadır?

“FED-in qərarı qaçılmaz idi. Çünki ABŞ öz tarixinin ən yüksək inflyasiya dövrlərindən birini yaşayır. 9,1 % inflyasiya inkişaf etmiş ölkənin iqtisadiyyatı üçün heç də xarakterik göstərici deyil. Qeyd olunan göstərici artıq iki rəqəmli inflyasiyaya yaxınlaşır ki, bu cür göstərici hiperinflyasiya kimi dəyərləndirilə bilər. Ona görə də FED bu inflyasiyanı boğmaq üçün daraldıcı monetar siyasət aparmağa məcburdur”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov səsləndirib.

Belə ki, FED-in (Federal Ehtiyatlar Sistemi) uçot dərəcələrini 0,75 bəndində artırmaq qərarının dünya iqtisadiyyatına təsirlərini şərh edən ekspert qeyd edib ki, ABŞ əmək bazarındakı mövcud vəziyyət bu qərarı dəstəkləyən faktorlardandır:
 

MÖVZU İLƏ BAĞLI:

FED uçot dərəcəsini artırdı - YENİ QƏRAR


“İşsizliyin 3,6% olması imkan verir ki, FED faiz artımlarıyla bağlı daha kəskin addımlar atsın. Hətta FED sədri Ceremi Pauel bundan öncəki iclasda qeyd etdi ki, işsizlik faizinin 4,1%-ə qədər artımı belə Amerika iqtisadiyyatı üçün problem deyil. FED-in digər ölkələrin mərkəzi banklarından üstünlüyü də ondan ibarətdir ki, hazırda ölkədə vəziyyət daha yaxşıdır və artımlara asanlıqla gedə bilər.

Lakin ABŞ dollarla bağlı qərar qəbul edərkən, bu dünya iqtisadiyyatına da təsir edir. Düşünürəm ki, dünyanın rezerv valyutası dollar olmasa idi, FED daha kəskin addımlar atıb, uçot dərəcələrini 5-6%-ə çıxarardı.

Məhz dünyada çalxantı olmaması üçün daha yumşaq addımlar atılır. Lakin əvvəllər də qeyd etdiyim kimi, bu inflyasiyanın kəskin şəkildə boğulmasına xidmət etməyəcək. Ona görə ki, hal-hazırda tələb yox, təklif inflyasiyası baş verir. Ona görə də monetar-daraldıcı siyasətin rolu daha azdır”.

Ekspertin sözlərinə görə, təklif inflyasiyasının davam etməsi resessiyanı (iqtisadi fəallığın davamlı geriləməsi fazası) qaçılmaz edir, ona görə ki:

1. Faiz artımı da inflyasiyanın kəskin şəkildə azalmasına imkan verməyəcək.

2. İnflyasiya ilə bağlı məsələlər monetar siyasətdən daha çox digər məsələlərdən asılıdır.

3. Risk təşkil edən amillər, pandemiyanın yeni dalğası və Rusiya-Ukrayna münaqişəsinin nəticəsinin qeyri-müəyyənliyi. Bu da Avropaya daha çox təsir göstərir”.

Elman Sadıqov sadalanan səbəblərdən dolayı dünya iqtisadiyyatında çalxantıların olması ehtimalını yüksək qiymətləndirib:

“ABŞ-da bunu yaxşı bilir və çox incə siyasət yürüdülür. Düşünürəm ki, növbəti çalxantılar olarsa ən çox zərər çəkən güc mərkəzi Avropa olacaq. Sonradan isə dalğa effektiylə Şərqi Asiya ölkələri də böyük təsirlərə məruz qalacaq.
Avropanın ciddi problemlər yaşaması Çini daha çox “vuracaq”. Çünki Avropada investisiyalarda, dövlət qiymətli kağızlarında və səhm bazarlarında Çinin trilyonlarla dollarlıq vəsaiti var. Düşünürəm ki, budəfəki böhranda daha az zərəri elə Amerikanın özü görəcək”.



Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

End of content

No more pages to load

RADİO