Azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək

İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. 

İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. 

Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq.

Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır.

İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarətxidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.
İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə 
sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır.

Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

Daşkənd Azərbaycan bayrağının rənglərində İŞIQLANDIRILDI

Daşkənd Azərbaycan bayrağının rənglərində İŞIQLANDIRILDI

Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO

Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO

Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

Şəkidə 50 yaşlı sakin QƏTLƏ YETİRİLDİ

Şəkidə 50 yaşlı sakin QƏTLƏ YETİRİLDİ

Rəsmi Paris Ukraynadakı səfirliyimizin raket zərbəsinə məruz qalmasını PİSLƏDİ

Rəsmi Paris Ukraynadakı səfirliyimizin raket zərbəsinə məruz qalmasını PİSLƏDİ

Rusiyada aeroport BAĞLANDI

Rusiyada aeroport BAĞLANDI

Bu şəxslərin ölkədən çıxışı QADAĞANDIR

Bu şəxslərin ölkədən çıxışı QADAĞANDIR

"Muğam müsabiqəsi"ndə münsiflər eyni xal verirlər, nəyinə baxım?"

"Muğam müsabiqəsi"ndə münsiflər eyni xal verirlər, nəyinə baxım?"

İlqar Hacıyev Baş Prokurorluğa ÇAĞIRILDI

İlqar Hacıyev Baş Prokurorluğa ÇAĞIRILDI

ABŞ serblərə ŞƏRT QOYDU

ABŞ serblərə ŞƏRT QOYDU

"Qalatasaray" Barış Alper Yılmazı göndərməyə HAZIRLAŞIR

"Qalatasaray" Barış Alper Yılmazı göndərməyə HAZIRLAŞIR

Tunelin sonunda işıq: Bu BÜRCLƏR bütün problemlərini unudacaqlar

Tunelin sonunda işıq: Bu BÜRCLƏR bütün problemlərini unudacaqlar

Alim Qasımov Daşkənddə mükafatlandırıldı - FOTO

Alim Qasımov Daşkənddə mükafatlandırıldı - FOTO

İslam Oyunları: Həndbol millimiz ilk oyunda məğlub oldu

İslam Oyunları: Həndbol millimiz ilk oyunda məğlub oldu

Ermənistanda ZƏLZƏLƏ OLDU

Ermənistanda ZƏLZƏLƏ OLDU

End of content

No more pages to load

RADİO