İndiyədək sənaye zonalarına 58 rezident tərəfindən 6,4 mlrd. manatdan çox sərmayə yatırılıb və 10.100-dən çox daimi iş yeri yaradılıb.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, növbəti mərhələdə mövcud layihələr üzrə 450 mln. manatdan çox investisiya yatırılması və 4.500-dən artıq yeni iş yerinin təşkili nəzərdə tutulur.
Bizim.Media