AZAL yeni "Boeing 787 Dreamliner" alacaq - MEMORANDUM İMZALANDI

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.

Bu barədə Bizim.Media "Azərbaycan Hava Yolları"nın (AZAL)Mətbuat Xidmətinə istinadən xəbər verir.

Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar.

Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu ("Farnborough International Airshow" - Böyük Britaniya) çərçivəsində baş tutub.

Qeyd edilən növ hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.

“AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarına başlayan ilk aviaşirkətdir. Hazırda aviaşirkətimizdə bu tip iki layner istismar edilir. İmzalanmış memorandum yüksək səviyyədə qarşılıqlı faydalı aviasiya tərəfdaşlığının qurulması çərçivəsində AZAL və "Boeing"in fəal işinin sübutudur. İstismar edildiyi illər ərzində bu tip təyyarələr özünü əla tanıtmışdır. Aviaşirkətin hava gəmiləri parkına uzaqməsafəli yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın dünyada iştirak coğrafiyasını daha da genişləndirəcək”, - deyə AZAL prezidenti Cahangir Əsgərov qeyd edib.

“Bugünki saziş bütün dünyada müşahidə etdiyimiz səyahətə artan tələbatı təmin etmək üçün hava gəmiləri parkını yeniləyən “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə uzunmüddətli əməkdaşlığımızın davamıdır. "Boeing-787" hava gəmiləri hava daşımaları bazarının tənəzzülü zamanı dünya aviaşirkətləri tərəfindən digər genişfüzelyajlı təyyarələrlə müqayisədə daha fəal istismar olunmuşdur. Biz bu tip hava gəmisinin imkanları və xüsusiyyətlərinə arxayınıq”, - deyə "Boeing Commercial Airplanes" şirkətinin prezidenti Sten Dil bildirib.

Qeyd edək ki, Farnboro Beynəlxalq Aviasiya Şousu ("Farnborough International Airshow" (FIA)) Farnboro hava limanı ərazisində iki ildən bir keçirilir.

Bu tədbir aerokosmik avadanlıq və texnologiyalar sahəsində ən mühüm ümumdünya platformasıdır. 2016-cı ildə FİA dünyanın ən böyük aviakosmik sənayesi sərgisi statusunu qazanmışdır.

FİA-da, ümumilikdə, 80 mindən çox ziyarətçinin, təxminən 1 500 aviakosmik sənaye mütəxəssisinin iştirakı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın danışıqlarla bağlı açıqlamasında İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasında İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

End of content

No more pages to load

RADİO