Prezidentdən enerji sektorunun inkişafı ilə bağlı MESAJLAR – 5 MÜHÜM İSTİQAMƏT

Xəbər verdiyimiz kimi, iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.

Dövlət Başçısı çıxışı zamanı müxtəlif sektorları əhatə edən bir sıra məsələlərə, o cümlədən energetika sektorunun inkişafı və Azərbaycanın enerji potensialına xüsusi diqqət çəkib. 

Prezidentin çıxışında energetika sektoru ilə bağlı səsləndirdiyi fikirləri isə bir neçə istiqamət üzrə qruplaşdıra bilərik:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidentinin müşavirədəki çıxışından 10 VACİB MESAJ


1. Bərpaolunan enerji növlərinin inkişafı

- Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. 

- Bərpaolunan enerji növləri ilə bağlı bizim doğrudan da çox böyük potensialımız var. Artıq kontraktlar imzalandı, icra edilir və yeni kontraktların imzalanması gözlənilir, memorandumlar imzalanıb. 

- Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var. Bunu artıq beynəlxalq mütəxəssislər də qeyd edirlər. Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib. Əlbəttə, biz bilirik potensial nədir, biz bilirik ki, bu, xarici investorlar üçün cəlbedicidir. Onu da deməliyəm ki, artıq bu sahədə böyük şirkətlər arasında rəqabət var və çox ciddi rəqabət var. Mən indi o şirkətlərin adlarını çəkmək istəmirəm. Amma bu sahəyə investisiya qoymaq istəyənlərin sayı kifayət qədər çoxdur. 

- Artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var.

2. Yeni elektrik stansiyalarının tikintisi

- Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. 

- Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur.

- Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada (red. Kəlbəcər və Laçında) böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. 

- Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. 

3. Elektrik enerjisinin ixrac potensialı

- Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. 

- Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. 

- Zəngəzur dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı - bütün bu infrastruktura yenidən baxmaq lazımdır. Əgər biz orta hesabla, belə demək mümkünsə, ildə 1000 meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bizdə elə potensial olmalıdır ki, 5000 meqavat gücündə elektrik enerjisini ixrac edə bilək. 

- Mən “Azərenerji”yə tapşırıq verdim, indi hökumətə də, aidiyyəti qurumlara da tapşırıq verirəm, biz bu işi əsaslı etməliyik. Yəni, əlavə 1000 meqavat, yaxud da 1500 meqavatla kifayətlənmək lazım deyil. Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə edək ki, sabah bizdə artıq enerji hasil ediləndə ixracla problem olmasın. 

- Potensial alıcılarla da danışıqlar başlanmalıdır. Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün, bu il özümüz bazarları, mümkün olan bazarları təsbit etməliyik.

4. Yeni qaz yataqlarının işlənməsi

- Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili təlabatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutmuşuq. 

- Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. 

5. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması

- Bizim qazımıza təlabat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz əlbəttə ki, bu istiqamətdə işləyirik. 

- Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

Daşkənd Azərbaycan bayrağının rənglərində İŞIQLANDIRILDI

Daşkənd Azərbaycan bayrağının rənglərində İŞIQLANDIRILDI

Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO

Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO

Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO