Dollar 2 manat olacaq?

Son günlər sosial şəbəkələrdə manatın devalvasiyası ilə bağlı söz söhbətlər gəzməkdədir. İddialara görə, 1 dolların 2 manata qədər güclənəcəyi bildirilir. Eyni zamanda devalvasiya fonunda əmək haqlarının 30%-ə qədər artacağı deyilir.

Bəs, manatın ucuzlaşması gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, manatın dollar qarşısında ucuzlaşması ilə bağlı verilən yanlış proqnozlar və gözlənilər bir ilə yaxındır səsləndirilir:

“Hesab edirəm ki, hazırda yayılan iddia da bu qəbildəndir. Manatın məzənnəsi bazar tərəfindən deyil, Mərkəzi Bank tərəfindən tənzimlənir. Artıq neçə ildir ki, bu 1,7 nisbətində qalmaqdadır. Bu məsələdə o zaman təhlükə yarana bilər ki, dolların qiyməti aşağı düşər, valyuta ehtiyatlarında azalmalar müşahidə edilər.
 

MÖVZU İLƏ BAĞLI:

Avropadakı hiperinfilyasiya ölkəmizdə bu məhsulların bahalaşmasına SƏBƏB OLUR


Bu zaman manata olan təzyiqlər milli valyutanın ucuzlaşması riski yaradar. Hal-hazırda Mərkəzi Bankın statistik məlumatlarına baxdıqda görə bilərik ki, dollara olan tələbat nəinki stabil qalıb, əvəzində azalmağa doğru gedir. Hətta insanlar dollarda saxladıqları ehtiyatlarını manata çevirirlər. Çünki inflayasiya, bahalaşma, əhalinin gəlirlərinin azalması “yastıqaltı” vəsaitlərin belə istifadəsinə zərurət yaradıb”.

Ekspert qeyd edib ki, dollara tələbatın azalması Mərkəzi Bankın məlumatlarında da öz əksini tapıb:

“Əvəzindəysə dövlətin valyuta ehtiyatı artıb, büdcədə nəzərdə tutulandan yuxarı səviyyədə neft və qaz satışı icra olunur. Məsələyə bu baxımdan yanaşdıqda manata təzyiqin olmadığını görürük. Belə olan halda manatın devalvasiyasına getməyə ehtiyac yoxdur. Bütün sadalananlar obyektiv olaraq, mövcud situasiyaya əsaslanır. Dolların digər valyutalara qarşısında bahalaşmasına baxanda görürük ki, həmin valyutaların tənizmlənməsində əsas rolu bazar oynayır. Uçot dərəcəsinin qaldırılması, Rusiya-Ukrayna müharibəsi fonunda avroya etimadın nisbətən azalması, Avrozonada böhranlı situasiya avroya, o cümlədən digər valyutalara təsir göstərir”.

Eldəniz Əmirov əlavə edib ki, qeyd olunanlar heç də devalvasiyanın olmayacağına yüz faiz zəmanət vermir:

“Ola bilər ki, hansısa formada qərar qəbul olunsun. Risklər hər zaman var, amma mənim zənnimcə, devalvasiyaya gedilməyəcək. Ehtimal edirəm ki, bu ilin sonuna qədər manat ucuzlaşmayacaq.
Onu da qeyd edim ki, devalvasiya olacağı təqdirdə müəyyən istiqamətdə ölkə üçün dividendlər olsa da,yaranmış problemləri, iqtisadiyyata dəyən ziyanı aradan qaldırmaq üçün qat-qat artıq vəsait sərf etməliyik. Devalvasiya hal-hazırda ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərmiş olar. Buna görə də, hökumətin devalvasiyaya gedəcəyini düşünmürəm”.



Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO