Qiymətlər artır, əməkhaqqı isə yerində sayır: Hansı tədbirlər görülməlidir? 

Koronavirus pandemiyasının ortaya çıxması ilə yaşanan inflyasiya Azərbaycandan da yan keçməyib. Ölkədə demək olar ki, hər şeyin qiyməti artıb, son iki gündə “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti də qaldırıldı. Ərzaq məhsulları və geyimlər də günbəgün bahalaşır.

Həmçinin mənzil bazarında son bir ildə kəskin dəyişiklik qeydə alınıb.  

Bizim.Media  oxu.az-a istinadən xəbər verir ki, ötən il birotaqlı mənzilin kirayə qiyməti 300 manat olduğu halda, bu il 400 manata normal şəraitli ev tapmaq çətinləşib. Bütün bunlara rəğmən, minimum əməkhaqqı hələ də 300 manat təşkil edir. Kənardan baxdıqda bu vəsaitlə nəinki normal qidalanmaq, heç yaşamaq mümkün görünmür. 
 

MÖVZU İLƏ BAĞLI:

Avropadakı hiperinfilyasiya ölkəmizdə bu məhsulların bahalaşmasına SƏBƏB OLUR


Çünki minimum istehlak səbətinə daxil edilən, insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq və qeyri-ərzaq məhsullarının, eləcə də digər xidmətlərin (mənzil, kommunal ödənişlər, rabitə, təhsil, müalicə-istirahət, nəqliyyat  xidmətləri və s.) bir ailə üçün aylıq real qiymətinə baxsaq, onların nəinki 300 manat, hətta 500 manatdan da çox olduğunu görərik. 

Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərinin cəmini təşkil edən yaşayış minimum 2022-ci ildə bir nəfər üçün 205 manat olaraq müəyyən edilib. Hətta mövcud qiymətin 2021-ci illə müqayisədə 4,6 faiz çox olduğu bildirilib. Belə olan təqdirdə sadəcə bir nəfərin gəlir sahibi olduğu ailələrdə yaşayışın heç də ürəkaçan olmadığını deyə bilərik.  

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov açıqlamasında xüsusilə ərzaq bazarında inflyasiyanın artdığını deyib: 


“Bunları qabaqlamaq üçün dövlətin anti-inflyasiya tədbirləri var. Elə inflyasiya növləri var ki, ona idxal olunan inflyasiya deyirik. Onun qarşısını almaq bir qədər çətin olur, çünki həmin mallar qarşı dövlətin təklif etdiyi qiymət əsasında ölkəyə daxil olur.
Bununla mübarizə aparmağın yollarından biri anti-inflyasiya tədbirlərinin keçirilməsidir və dövlət bunu həmişə edir. Sui-istifadə, möhtəkirlik kimi hallara qarşı dövlət tərəfindən inzibati addımlar atılır. Hazırda atılmalı olan ən başlıca addım isə inflyasiyanın vətəndaşların büdcəsinə təsirinin kompensasiya olunmasıdır. Bilirik ki, təqaüdlər, pensiyaların artırılması istiqamətində dövlət daim tədbirlər keçirir”.  

Millət vəkili hesab edir ki, inflyasiyanın vətəndaşlarımızın büdcəsinə göstərdiyi təsir kompensasiya olunmalıdır: 

“Yəni sosial sferanı əhatə edən şəxslərin inflyasiya həcmində əməkhaqları, eləcə də pensiyalar, təqaüdlər artırılmalıdır. Düşünürəm ki, bu addımlar atılacaq. Onların artırılması daim diqqətdə olub, bundan sonra da diqqətdə saxlanılacağını düşünürəm.  Minimum əməkhaqqı ümumi yanaşmadır, o və istehlak səbəti büdcə təsdiq olunarkən meyar olaraq müəyyənləşir. Dövlət qiymət artımına adekvat olaraq anti-inflyasiya tədbirləri ilə yanaşı, vətəndaşlarımızın, xüsusilə sosial təbəqənin ciddi ziyan çəkməməsi üçün tədbirlər həyata keçirir. Bu tədbirləri daha da adekvat etməlidir, bunu vacib hesab edirəm”.   

İqtisadçı-ekspert Xalid Kərimli isə növbəti ilədək minimum əməkhaqqının artırılacağını düşünmədiyini bildirib:  


“Minimum əməkhaqqı ötən ilin sonlarında qaldırıldı və 2022-ci il yanvarın 1-dən qüvvəyə mindi. Rəqəm 300 manatdır, minimum pensiya da 240 manatdır. Son altı ayda qiymət inflyasiyası sürətlə gedir.

Ancaq Azərbaycan praktikasına baxanda ümumiyyətlə, qiymətlərin indeksasiyası praktikasına baxanda Azərbaycanın minimum əməkhaqqı ilə bağlı iyulun ortasında qərarların verilmədiyini görürük. Minimum əməkhaqqı qaldırıla bilər, amma bu ən yaxşı halda ilin sonuna təsadüf edəcək. Artım növbəti il üçün tətbiq olunacaq.

Bunu ona görə rahatlıqla deyirəm ki, büdcədə milyard manata qədər dəyişikliklər edilib, büdcə xərcləri artırılıb, gəlirlər dəqiqləşdirilib, neftin barel üzrə qiyməti 70 dollar götürülüb. Ancaq xərclərin artma istiqamətinə baxanda görürük ki, bunun daha çoxu ordunun müasirləşməsi, təhlükəsizlik tədbirlərinin artırılması və eyni zamanda Qarabağın bərpasına yönəldilən vəsaitlərdir.

Bu il büdcə müzakirələrində biz əməkhaqqının qaldırılması barədə fikir eşitmədik. Bununla bağlı nə hökumət tərəfindən təklif verildi, nə də Milli Məclisdə ciddi müzakirə getdi. Ona görə də real hesab etmirəm.
Doğrudur, inflyasiya əhalinin gəlirlərini yeyir, xüsusilə kasıb əhalinin vəziyyətini pisləşdirir, çünki inflyasiyanın mühüm komponenti olan ərzaq qiymətləri indeksi 20 faizdən çox artıb.

İnflyasiyanın 13 faiz olmasına baxmayaraq, artım 12 ayda 20 faizdən çoxdur. Hər ay da bu rəqəmlər yüksəlir. Hökumətin bu istiqamətdə hər hansı planının olmadığını görürük, növbəti ilin büdcə müzakirələrində, bəlkə, nələrsə irəli sürülsün, amma indi belə addım atılacağı gözlənilmir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır

Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır

Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Həbsxanalarla bağlı YENİLİK

Həbsxanalarla bağlı YENİLİK

Yanvar ayının ŞANSLI BÜRCLƏRİ – Onları xoş sürprizlər GÖZLƏYİR

Yanvar ayının ŞANSLI BÜRCLƏRİ – Onları xoş sürprizlər GÖZLƏYİR

Dişləri qorumaq üçün QIZIL QAYDA

Dişləri qorumaq üçün QIZIL QAYDA

İsveçrədəki partlayışda 40 nəfər HƏYATINI İTİRDİ – 100-dən çox YARALI VAR – VİDEO

İsveçrədəki partlayışda 40 nəfər HƏYATINI İTİRDİ – 100-dən çox YARALI VAR – VİDEO

Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI

Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO

İrandan gələn "qarpız"ların içində narkotik AŞKARLANDI – FOTO/VİDEO

İrandan gələn "qarpız"ların içində narkotik AŞKARLANDI – FOTO/VİDEO

Prezidentdən xalqa müraciəti ilə bağlı PAYLAŞIM – VİDEO

Prezidentdən xalqa müraciəti ilə bağlı PAYLAŞIM – VİDEO

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrini TƏBRİK ETDİ

İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrini TƏBRİK ETDİ

Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

Prezidentdən kubalı həmkarına MƏKTUB

Prezidentdən kubalı həmkarına MƏKTUB

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Hər gün kitab oxumağın 6 FAYDASI

Hər gün kitab oxumağın 6 FAYDASI

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO