Qarabağın QIZIL YATAQLARI – Faydası varmı və işlənməsi üçün kimlər cəlb ediləcək?

Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın  xüsusən də işğaldan azad olunan ərazilərdəki qızıl ehtiyatlarını bir daha gündəmə gətirmiş oldu.

Qarabağ dağ-mədən sənayesinin imkanları mövzusunda Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, işğaldan azad olunmuş ərazilərdə yerli şirkətlər və xarici investorların köməyi ilə ərazilərdən qızıl və digər faydalı qazıntıların çıxarılması yeni iş yerlərinin yaranmasına səbəb ola bilər. 

“Eyni zamanda bu dövlət büdcsinə də, gəlir gətirə bilər, amma gəlirlərin hansı həcmdə olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Kəşfiyyat işlərinin genişləndirilməsi gələcəkdə yeni yataqların tapılmasına da, səbəb ola bilər. Amma bunun üçün böyük investitsiyalara ehtiyac var. Xüsusən də, bu kimi işlərdə təbiətə daha az ekoloji ziyan vuran avadanlıqlardan istifadə edilməlidir”.

Natiq Cəfərlinin dediklərinə görə, Qarabağdakı qızıl və digər faydalı qazıntı yataqlarından əldə olunan gəlirlər Azərbaycanın neft gəlirləri ilə müqayisədə çox aşağı olacaq və Qarabağda bərpa işlərini təmin edə bilməyəcək:


“2019-cu ildə erməni şirkətləri Azərbaycanın işğal altında olmuş torpaqlarındakı təbii sərvətlərdən 400 milyon dollar gəlir əldə ediblər. Amma bu gəlirləri hansı yataqlardan əldə etmələri ilə bağlı hələ ki, detallı məlumat yoxdur. Buna əsasən deyə bilərik ki, Qarabağda faydalı qazıntı yataqlarından büdcəyə gələcək qazanc, neft gəlirləri ilə müqayisədə inanılmaz dərəcədə aşağı olacaq və orada dağıdılmış infrastrukturun yenidən qurulması üçün kifayət etməyəcək. Qarabağın bərpasına ən azı yaxın 8-10 ildə, yəni 2030-cu ilə qədər 50-60 milyard vəsait lazım olacaq. Təbii ki, Qarabağdakı yataqlardan bu qədər vəsaitin əldə edilməsi mümkünsüzdür”.

Ekspert açıqlamsında mədən sənayesi yaranan zaman sənayenin öz ətrafında bəlli formada infrastruktur qurduğunu diqqətə çatdıraraq, bu mənada Qarabağda qurulacaq dağ-mədən sənaye infrastrukturunun yerli əhaliyə qazandıracağı avantajları da qeyd edib:
 

“Yeni iş yerlərinin açılması, adətən  bölgədə həyatın canlanmasına səbəb olur. Mədən sənayesinin özəlliyi də odur ki, məhz bu sahəyə qoyulan investitsiyalar ətrafında böyüyən iqtisadi canlanma yaranır.


Azərbaycanın Daşkəsən mədəninin “Çovdar” yatağında  kifayət qədər təcrübə yığmış “AzərGold” , “Azərqızıl” səhmdar cəmiyyətlərinin bu sahədə xeyli təcrübəsi var. Lakin bizim mədən sənayesi sovet ənənələri əsasında işləyir. Azərbaycan elə bir xarici tərəfdaşlar tapmalıdır ki, həm investitsiya, həm də texnologiya şəklində bu yataqların işlənməsində iştirak etsinlər” - deyə ekspert fikirlərini yekunlaşdırıb.


Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

End of content

No more pages to load

RADİO