"Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 122,41 faiz yerinə yetirib".
Bizim.Media xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
O qeyd edib ki, 2 milyard 530,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb:
"Bu da nəzərdə tutulan proqnozdan 463,39 milyon manat artıq deməkdir".
Bizim.Media