"Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 122,41 faiz yerinə yetirib".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tvitter hesabında qeyd edib.
"İlkin məlumata görə 2 milyard 530,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 463,39 milyon manat artıq deməkdir", - deyə S.Mehdiyev bildirib.
Səkinə Yusibli, Bizim.Media