ABŞ-ın Las Veqas şəhərində keçirilən dünyanın ən böyük sərgisi “CES2021” texnologi ilklərə qucaq açıb.
Bizim.Media “Cnet” saytına istinadən xəbər verir ki, sərgiyə müxtəlif şirkətlər texnologiya səhəsində yenilikləri ilə qatılıblar.
“LG” bükülən ekran ideyaları əsasında hazırlanan bükülən telefonları ilə sərgidə iştirak edib.
Təqdim olunan bu smartfonlar ilin sonunda satışa buraxılacaq.
Sərgidə böyük marağa səbəb olan digər məhsul isə “Grenlite” adlı cihaz olub. Sözügedən qurğu avtomobillərdə koronavirusu məhv etmək imkanına malikdir.
Vüqar Ağamalıoğlu, Bizim.Media