Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaqlar.
Bizim.Media “tr.sputnik.com”a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.
“10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlıq görülür. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var” – deyə nazir qeyd edib.
Vahit Kirişçinin sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.
Bizim.Media